Məmməd Əhmədov — peşəkar iqtisadçı və həvəskar şair.

Məmməd Əhmədov
Əhmədov Məmməd Məmmədəli oğlu
Məmməd Əhmədov
Məmməd Əhmədov.
Anadan olub 15 iyun 1949 (1949-06-15) (77 yaş)
Anadan olduğu yer Kiş, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili
  • Bakı plan-uçot texnikumu (1967–1969)
  • Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki İqtisad Universiteti), Xalq təsərrüfatının planlaşdırılması fakültəsi (1970–1975)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

15 iyun 1949-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1966-cı ildə Oxud kənd orta məktəbini bitirib.

1967 – 1969-cu illərdə Bakı şəhəri plan-uçot texnikumunda,

1970-ci – 1975-ci illərdə Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Xalq təsərrüfatının planlaşdırılması fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

Uzun müddət Şəki rayonunun “Baltalı-Kiş” kolxozunda baş iqtisadçı vəzifəsində, sonra Azərbaycan SSR Sənaye Tikinti Nazirliyində və Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışıb. O cümlədən, bir müddət məcburi əməyə cəlb olunmuşların yaşadıqları yataqxanaların müdiri olub. Daha sonralar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Dəniz-neftqazlayihə” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

2005-ci ildən isə Azərbaycan Respublikası Kimya Şirkətinin Sumqayıt şəhərindəki Kimya zavodlarında müxtəlif məsul vəzifələr tutub.

2010-cu ildən təqaüddədir.

Ədəbi fəaliyyəti Vizual/Mobil redaktə

Məktəb illərindən şeir yazmağa başlayıb. Şeirləri Respublikanın müxtəlif qəzetlərində və almanaxlarında çap olunub. “Damlasız dəniz” və “Dağlar” adlı iki şeir kitabının müəllifidir.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 86. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Bildiriş Vizual/Mobil redaktə