Məmməd Cabbarov
Məmməd Cabbarov (1927–1999) — tanınmış iş adamı və xeyriyyəçi. Uzun müddət Şəki ət-süd kombinatının direktoru vəzifəsində çalışmışdır.
| Məmməd Cabbarov | |
|---|---|
| Cabbarov Məmməd Həsən oğlu | |
| Məmməd Cabbarov. | |
| Digər adı | Mamay |
| Anadan olub | 29 noyabr 1927 |
| Anadan olduğu yer |
Qışlaq kəndi, Nuxa (indiki Şəki) şəhəri, Şəki qəzası, |
| Vəfat edib | 14 dekabr 1999 (72 yaşında) |
| Dəfn yeri |
Şəki, |
| Həyat yoldaşı | Səyyarə Cabbarova |
| Övladları | Təbriz (1952), Aybəniz (1954), Eldar (1960) |
| Atası | Həsən Cabbar oğlu Əliyev (–1944) |
| Anası | Əsmayə Məmməd qızı Əliyeva (–1962) |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Qazax Zoobaytar Texnikumu, qiyabi (1948–1952) • Bakı Ali Partiya Məktəbi (1959–1963) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
29 noyabr 1927-ci il tarixdə Nuxa (indiki Şəki) şəhərinin Qışlaq kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1934 – 1941-ci illərdə Nuxa şəhər 11 №-li orta məktəbində yeddiillik,
1948 – 1952-ci illərdə Qazax Zoobaytar Texnikumunun qiyabi şöbəsində orta ixtisas təhsili alıb.
1959 – 1963-cü illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1943-cü ildə Nuxa rayonundakı Orconikidze adına kolxozun fermasında əmək fəaliyyətinə başlayıb.
1945 – 1948-ci illərdə əvvəlcə Nuxa şəhər 10 №-li məktəbində, sonra isə Nuxa Kənd Təsərrüfatı Texnikumunda idman müəllimi,
1948 – 1952-ci illərdə Nuxa rayonunun Qışlaq kəndindəki Kirov adına kolxozda ferma müdiri,
1952 – 1953-cü illərdə Nuxa Rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik,
1953 – 1955-cü illərdə Nuxa rayonunun Cəfərabad MTS-də zootexnik,
1955 – 1959-cu illərdə Nuxa rayonunun Orconikidze adına kolxozunda zootexnik,
1963 – 1964-cü illərdə Nuxa kəsinti məntəqəsində usta,
1964 – 1979-cu illərdə Nuxa/Şəki ət kombinatının direktoru,
1979-cu ildən Şəki ət-süd kombinatının direktoru vəzifəsində çalışıb.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Qırmızı Əmək Bayrağı” ordeni (1977).
Vəfatı Vizual/Mobil redaktə
14 dekabr 1999-cu il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Orsər R. Mamay-Məmməd. — “Tural-Ə” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001. — Səhifələrin sayı: 320. — Səh.: 9 – 10. — 400 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |