Mehman Hümmətov (1970–2022) — Rusiya Federasiyasının Voloqda vilayətinin Ustyujna şəhərində uğurlu biznes fəaliyyəti ilə məşğul olmuş azərbaycanlı iş adamı, xeyriyyəçi, Ustyujna şəhərinin Fəxri vətəndaşı. Ustyujnada 2005-ci ildən başlamaqla hər il keçirilən “Mehman kuboku” adlı açıq futbol turnirinin təsisçisi və sponsoru idi.

Mehman Hümmətov
Hümmətov Mehman Nəsrullah oğlu
Mehman Hümmətov
Mehman Hümmətov.
Anadan olub 16 iyul 1970(1970-07-16)
Anadan olduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Vəfat edib 30 dekabr 2022 (52 yaşında)
Vəfat etdiyi yer Ustyujna, Voloqda vilayəti, Rusiya
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki, Azərbaycan
Övladları Mülayim, Nuray və Hüseyn
Atası Hümmətov Nəsrullah Qurban oğlu
Anası Hümmətova Rəna Məhərrəm qızı
Təhsili Şəki İpəkçilik Texnikumu, (1985–1989)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

16 iyul 1970-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1977 – 1985-ci illərdə Şəki şəhər M.Qorki adına orta məktəbində,

1985 – 1989-cu illərdə isə Şəki İpəkçilik Texnikumunda təhsil alıb.

Hərbi xidmətdə Vizual/Mobil redaktə

1989 – 1991-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1996 – 2022-ci illlərdə Rusiyada (Ustyujna, Voloqda vilayəti) uğurlu biznes fəaliyyəti ilə məşğul olub.

Dügər Vizual/Mobil redaktə

 
“Mehman kuboku” turnirinin afişası və kuboku.
 
Mehman Hümmətov “Ustyujna” futbol komandasının heyətində oynayarkən.

Yaşadığı Voloqda vilayətinin Ustyujna şəhərinin ictimai həyatında yaxından iştirak edib, xeyriyyəçilik işləri ilə məşğul olub.

1999-cu ildə vilayətin Fəxri vətəndaşı adını alıb. Şəhərin “Ustyujna” futbol komandasının əvvəllər oyunçusu, sonra isə sponsoru olub.

2005-ci ildən başlamaqla Ustyujnada hər il öz adını daşıyan açıq futbol turniri təşkil edib.

Vəfatı Vizual/Mobil redaktə

30 dekabr 2022-ci il tarixdə – 52 yaşında, qısa sürən xəstəlikdən sonra Ustyujnada vəfat edib.

1 yanvar 2023-cü il tarixdə Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.

Ailəsi Vizual/Mobil redaktə

Ailəli idi. İki qızı və bir oğlu var.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Сандовские футболисты поборются за Кубок Мехмана : [arx. 09.07.2025] : [rus.] // Тверские Ведомости. — 2022. — 19 июля. — Müraciət tarixi: 09.07.2025.

Bildiriş Vizual/Mobil redaktə