Minayə Həmidova (1918–1997) — sovet dövründə Şəkidə tanınmış yerli sovet işçisi. 14 çağırış (1940–1973) müddətində dalbadal Nuxa/Şəki şəhər, yaxud rayon sovetinin deputatı və həm də icraiyyə komitəsinin katibi seçilmişdir.

Minayə Həmidova
Həmidova Minayə Məcid qızı
Minayə Həmidova
Minayə Həmidova.
Anadan olub 5 noyabr 1918(1918-11-05)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan Cümhuriyyəti
Vəfat edib 1 fevral 1997 (78 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan
Təhsili Nuxa pedaqoji məktəbi (1936)
Adının digər versiyaları Minaye Hemidova, Minaya Hamidova, Миная Гамидова, Минајә Һәмидова

Haqqında məlumatlar Vizual/Mobil redaktə

5 noyabr 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1936-cı ildə Nuxa pedoqoji məktəbini bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1936-cı ildə Nuxa rayon maarif şöbəsində katibə olaraq əmək fəaliyyətinə başlayıb.

5 yanvar 1940-cı il tarixdə birinci çağırış Nuxa şəhər zəhmətkeş deputatları sovetinin birinci sessiyasında Nuxa şəhər soveti icraiyyə komitəsinin katibi seçilib və 1973-ci ildəki seçki də daxil olmaqla dalbadal 14 çağırış (bəzən rayon soveti, bəzən isə şəhər sovetinin) müddətində bu vəzifədə çalışıb.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

1 fevral 1997-ci il tarixdə – 78 yaşında, Şəkidə vəfat edib. Şəkidə köhnə bazarın yaxınlığındakı qəbiristanlıqda dəfn olunub.

Ailəsi Vizual/Mobil redaktə

Ailədə üç qardaş və iki bacı olublar. Ərə getməyib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Səfərova R. Mənalı ömrün səhifələri // Şəki fəhləsi : qəzet. — Şəki, 1973. — В. 28 iyul. — № 88 (7.976).

Həmçinin, bax: Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə