Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı — tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri.
| Mirvari Qəhrəmanlı | |
|---|---|
| Qəhrəmanlı Mirvari Üzeyir qızı | |
| Mirvari Qəhrəmanlı. | |
| Anadan olub | 23 iyul 1946 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Nuxa rayonu, |
| Həyat yoldaşı | Mürşüd Hacıyev |
| Övladları | 2 qız övladı və 3 nəvəsi var. |
| Atası | Üzeyir |
| Vətəndaşlıq |
|
| Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, neft-mexanika fakultəsi (1964–1969) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
23 iyul 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1964 – 1969-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mexanika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1969 – 1972-ci illərdə Sumqayıt Ümumittifaq Xlorlayihə institutunda mühəndis,
1972 – 1976-ci illərdə Kimyəvi Təmizləmə İstehsalat Birliyində əvvəl mühəndis, sonra baş direktorun müavini,
1976 – 1986-cı illərdə ARDNŞ Xəərdəniztəmirtikinti trestində mühəndis,
1986 – 1992-ci illərdə ARDNŞ Xəzərdənizsosialtikinti trestinin Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının sədri,
1992 – 1994-cü illərdə ARDNŞ Azerineft Baş İdarəsinin sosial və kadr məsələləri üzrə rəis müavini,
1994 – 1995-ci illərdə ARDNŞ-nin sosial inkişaf şöbəsinin rəisi,
1995 – 2002-ci illərdə ARDNŞ-nin Rabitə İdarəsi rəisinin müavini vəzifələrində çalşıb.
İctimai fəaliyyəti Vizual/Mobil redaktə
1996-cı ildən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədridir
Təşkilat tərəfindən həyata keçirilən 50 dən çox layihənin koordinatoru olub. Bir neçə beynəlxalq koalisiyanın üzvüdür.
Aidiyyəti linklər Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |