Musa Həşimov
Musa Həşimov — tanınmış şair-publisist.
| Musa Həşimov | |
|---|---|
| Həşimov Musa Ağasəf oğlu | |
| Musa Həşimov. | |
| Anadan olub | 24 iyun 1958 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | Əhmədova Sədaqət Sadəddin qızı |
| Vətəndaşlığı |
|
| Təhsili |
• Bakı Kooperativ Texnikumu (1975–1978) • Moskva Kooperativ İnstitutu, iqtisadiyyat fakültəsi (1987–1992) |
| İlk əsəri | “Atamdan öyrənmişəm” şeiri |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
24 iyun 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1975-ci ildə Şəki şəhər 20 №-li orta məktəbini bitirib.
1975 – 1978-ci illərdə Bakı Kooperativ Texnikumunda,
1987 – 1992-ci illərdə Moskva Kooperativ İnstitutunun iqtisadiyyat fakültəsinə təhsilini davam etdirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Uzun illər İstehlak Kooperasiyası sahəsində bir sıra maddı-məsul vəzifələrdə çalışıb. Hal-hazırda təqaüdçüdür.
Ədəbi yaradıcılığı Vizual/Mobil redaktə
Ədəbi yaradıcılığa 1970-ci illərdən “Atamdan öyrənmişəm” şeiri ilə başlayıb.
“Kitabdan qəlbə” adlı monoqrafiyanın, bir çox hekayə və məqalələrin müəllifidir.
Əsərlərindən nümunələr rus və özbək dillərinə tərcümə olunub.
“Vəfasız bilmə” və “Qızarmasın” adlı şeirlərinə Türkiyədə mahnılar bəstələnib.
Əsərlərindən nümunələr Bişkekdə (Qırğızıstan) və Təbrizdə (İran) nəşr edilən ədəbi almanaxlara daxil edilib, Türkiyə və Azərbaycan dövri-mətbuatında dəfələrlə çap olunub.
Ailəsi Vizual/Mobil redaktə
İki oğlu və iki qızı olmaqla dörd övladı və beş nəvəsi var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Orsər R. Musa Həşimov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 622-626. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |