Nüsrət Lətifov
Nüsrət Lətifov (1943–2015) — tanınmış musiqiçi pedaqoq və tarzən. Uzun müddət Şəki şəhər 2 №-li uşaq musiqi məktəbinin direktoru olmuş, daha sonralar isə Şəki şəhər 4 №-li uşaq musiqi məktəbinin dərs hissə müdiri vəzifəsində çalışmışdır.
| Nüsrət Lətifov | |
|---|---|
| Lətifov Nüsrət Süleyman oğlu | |
| Nüsrət Lətifov. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 18 avqust 1943 |
| Anadan olduğu yer | Zaqatala, AzSSR, SSRİ |
| Vəfatı | 31 avqust 2015 (72 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Dəfn yeri |
Çöl qəbiristanlığı, Şəki, |
| Vətəndaşlığı |
|
| Peşəsi | musiqiçi |
| Həyat yoldaşı | Lətifova Mübarek Ələfsər qizı |
| Uşaqları | Günay, Şəfəq və Gündüz |
| Atası | Süleyman Nəsrullah oğlu |
| Anası | Zərifə Yusif qızı |
|
|
|
| Musiqi aləti | tar |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
18 avqust 1943-cü ildə Zaqatalada anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1950 – 1961-ci illərdə Nuxa şəhər Nizami adına orta məktəbində orta təhsil alıb.
1962 – 1964-cü illərdə Nuxa Musiqi Məktəbində tar üzrə orta ixtisas təhsili alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1964 – 1967-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1962 – 1964 və 1967 – 1969-cu illərdə Zaqatala Uşaq Musiqi Məktəbində tar müəllimi,
1969 – 1969-cu illərdə Şəki şəhər 1 №-li uşaq musiqi məktəbində tar müəllimi və dərs hissə müdiri,
1970 – 1971-ci illərdə Şəki şəhər axsam musiqi məktəbinin direktoru,
1971 – 1992-ci illərdə Şəki şəhər 2 №-li uşaq musiqi məktəbinin direktoru,
1992 – 1999-cu illərdə Şəki rayon Yun Tədarükü İdarəsinin müdiri,
2000 – 2013-cü illərdə Şəki şəhər 4 №-li uşaq musiqi məktəbində dərs hissə müdiri vəzifəsində çalışıb.
2013-cü ildə əmək təqaüdünə çıxıb.
Vəfatı Vizual/Mobil redaktə
31 avqust 2015-ci il tarixdə – 72 yaşında, Şəkidə infarktdan vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat Vizual/Mobil redaktə
Lətifov Nüsrət // Şəkidə məhəllə adları, soyadlar və ləqəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 106. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |