Namiq Əhmədov
Namiq Əhmədov — fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsinin baş elmi işçisi.
| Namiq Əhmədov | |
|---|---|
| Əhmədov Namiq Abduləvvəl oğlu | |
| Namiq Əhmədov. | |
| Təvəllüdü | 23 iyun 1949 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | fizika-riyaziyyat |
| İş yeri | Bakı Dövlət Universiteti, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, nəzəri fizika şöbəsi (baş elmi işçi) |
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
| Elmi adı | professor |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura və SSRİ EA Bioüzvü Kimya İnstitutu, aspirantura (1972–1975). |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
23 iyun 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1956 – 1966-cı illərdə Nuxa şəhər 12 saylı orta məktəbində,
1966 – 1971-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,
1972 – 1975-ci illərdə isə əvvəl S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə SSRİ EA Bioüzvü Kimya İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1976-cı ildə “Oliqopeptidlərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1984-cü ildə molekulyar biologiya ixtisası üzrə dosent elmi adını alıb.
1991-ci ildə “Peptid hormonların quruluş-funksiya təşkili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2007-cu ildə biofizika ixtisası üzrə professor elmi adını alıb.
260-dan çox elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1971 – 1972-ci illərdə təyinatla Azərbaycan SSR EA Fizika İnstitutunda işləyib.
1975-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən,
1975 – 1978-ci illərdə universitetin molekulyar biofizika elmi-tədqiqat laboratoriyasında mühəndis,
1978 – 1994-cı illərdə böyük elmi işçi vəzifəsini tutmuş,
2006-ci ildən isə universitetin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsində baş elmi işçi olmuşdur.
İkinci iş yerləri Vizual/Mobil redaktə
1976-cı ildən Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Təltif və mükafatları Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Namiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 197-198. — 1.000 nüsx.
- "Namiq Abduləvvəl oğlu Əhmədov". http://ipp.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 7 Jul 2011 – 28 Jan 2020 tarixində arxivləşdirilib.
- Əhmədov Namiq Abduləvvəl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 267. — ISBN 978-9952-441-13-0.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |