Natavan Kələntərova
Natavan Kələntərova — biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun elmi katibi və direktor əvəzi.
| Natavan Kələntərova | |
|---|---|
| Kələntərova Natavan Sabir qızı | |
| Natavan Kələntərova. | |
| Təvəllüdü | 16 fevral 1978 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | biologiya |
| Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
| Təhsili |
• M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, bakalavriat (–1999) • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, magistratura (–2001) • AMEA Genetik Ehtiyatlar İnstitutu, aspirantura (2004–2007) • AMEA Genetik Ehtiyatlar İnstitutu, doktorantura (2019–) |
| Adının digər versiyaları | Natavan Kelenterova, Natavan Kalantarova, Натаван Келентерова, Натаван Калантарова, Натаван Кәләнтәрова |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
16 fevral 1978-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1999-cu ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində bakalavriatı,
2001-ci ildə isə magistraturanı bitirib.
2004 – 2007-ci illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun aspiranturasında təhsil alıb.
2019-cu ildə AMEA Genetik Ehtiyatlar İnstitutunun doktoranturasına qəbul olunub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2002-ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda çalışır; əvvəl kiçik elmi işçi, sonra elmi işçi və daha sonra böyük elmi işçi,
2019-cü ildən Mərkəzi Məlumat Bazası qrupunun rəhbəri,
2020-ci ilin əvvəlindən elmi katib olub.
2025-ci ilin noyabr ayından institutun direktoru səlahiyyətlərini icra edir.
Pedaqoji fəaliyyəti Vizual/Mobil redaktə
2019-cu ildən AMEA Genetik Ehtiyatlar İnstitutunda və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
2013-cü ildə biologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
“Müxtəlif ploidli tut (Morus L.) sort və formalarının tək nukleotid polimorfizmi əsasında genotipləşdirilməsi və spesifik mutasiyaların identifikasiyası” mövzusu üzrə tədqiqat işini davam etdirir. Apardığı elmi tədqiqat işlərinə aid 21 elmi əsəri dərc olunmuşdur.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Rəhbərlik : Elmi Katib : [arx. 20 Mar 2016 - 4 Feb 2023] : [azərb.] // AMEA Genetik Ehtiyatlar İnstitutu. — Müraciət tarixi: 21.05.2023.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |