Natiq Rəsulov
Natiq Rəsulov (1958–2026) — tanınmış mədəniyyət işçisi. 1996 – 2001-ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
| Natiq Rəsulov | |
|---|---|
| Natiq Rəsulov (2026). | |
| Anadan olub | 6 yanvar 1958 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 16 oktyabr 2026 (68 yaşında) |
| Vətəndaşlıq |
|
| Təhsili | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
6 yanvar 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Müxtəlif illərdə Şəki Pedaqoji Texnikumunda partkom, Şəki Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.
1996 – 2001-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.
2001 – 2023-cü illərdə əmək fəaliyyətini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mədəniyyət müəssisələrində davam etdirib.
Vəfatı Vizual/Mobil redaktə
16 oktyabr 2026-cı il tarixdə – 68 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Rəsulov Natiq İsmayıl oğlu : [arx. 23 May 2022 - 15 Jun 2025] // Azərbaycan Respublikasının Milli Məclisi. — Müraciət tarixi: 17.10.2026.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |