Nurməmməd Mustafayev
Nurməmməd Mustafayev — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının aparıcı elmi işçisi. Pedaqoji fəaliyyəti də var və həm də molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
| Nurməmməd Mustafayev | |
|---|---|
| Mustafayev Nurməmməd Şamil oğlu | |
| Nurməmməd Mustafayev İctimai televiziyada çıxış edərkən, 2020-ci il. | |
| Təvəllüdü | 15 oktyabr 1965 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | biologiya |
| İş yeri | AMEA Biologiya və Biotexnologiyalar İnstitutu, Bioinformatika laboratoriyası (aparıcı elmi işçis) |
| Elmi dərəcəsi | biologiya üzrə fəlsəfə doktoru |
| Elmi adı | dosent |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (1986–1991) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 oktyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1973 – 1983-cü illərdə Şəki şəhər 7 №-li orta məktəbində,
1986 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
2003-cü ildə “Eukariot genomlarının struktur-funksional təşkilinin bəzi tənzimləyici elementləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2018-ci ildə dosent elmi adını alıb.
15-i xaricdə, 9-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çapdan çıxmış 30 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1991-ci ildən AMEA Botanika İnstitutunun məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində əvvəl kiçik elmi işçi, sonra elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifəsində çalışıb.
2016-cı ildən AMEA Biologiya və Biotexnologiyalar İnstitutunun bioinformatika laboratoriyasının aparıcı elmi işçisidir.
Pedaqoji fəaliyyəti Vizual/Mobil redaktə
AMEA Molekulyar biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasında ixtisas fənlərindən dərs deyir.
Digər fəaliyyəti Vizual/Mobil redaktə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biologiya şöbəsində Molekulyar genetik laboratoriyanın aparıcı ekspertidir.
Elmi-ictimai fəaliyyəti Vizual/Mobil redaktə
AMEA tərəfindən nəşr olunan “Həyat Elmləri və Biotibb Jurnalı”nın və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi əsərləri jurnalının məsul katibidir.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəlsəfə doktorları : Mustafayev Nurməmməd Şamil oğlu : [arx. 07.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.10.2021.
- Mühüm hadisələr : Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin 55 yaşı tamam olur : [arx. 07.10.2021] // AMEA Biologiya və Tibb Elmləri Bölməsi. — 2020. — 15 oktyabr. — Müraciət tarixi: 07.10.2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |