Paşa Paşayev (1926–1988) — tanınmış pedaqoq, fizika-riyaziyyat elmləri namizədi. Fizika, o cümlədən biofizika sahəsində 20-dək kitabın müəllifi, yaxud həmmüəllifidir.

Paşa Paşayev
Paşayev Paşa Ağabala oğlu
Paşa Paşayev
Paşa Paşayev.
Təvəllüdü 26 dekabr 1926(1926-12-26)
Anadan olduğu yer Nuxa (İndiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 iyul 1988 (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi beyin xərçəngi
Dəfn yeri Yasamal qəbiristanlığı
Vətəndaşlığı SSRİ
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili Pedaqoji İnstitut və həmin institutun aspiranturası
Həyat yoldaşları Svetlana Qonçarova və Zəhra
Övladları Elvira (Svetlanadan) Gündüz, Nasir, Günətay (Zəhradan)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

26 dekabr 1927-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 4 yaşı olarkən atası vəfat edib. Bundan sonra anasının və bacısının himayəsində böyüyüb.

Təhsili Vizual/Mobil redaktə

Nuxada orta məktəbi və pedaqoji texnikumu, Bakıda Pedaqoji İnstitutu və həmin institutun aspiranturasını bitirib.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1956-cı ildə professor Abbasqulu Abbaszadənin elmi rəhbərliyi ilə “Neftlərin özüllülüyü, səthigərilmə əmsallarının təyini və temperaturdan asılılığı” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.

Fizika, o cümlədən biofizika sahəsində 17 kitabın müəllifi, yaxud həmmüəllifi, 1 kitabın ruscadan tərcüməçisi, 2 kitabın isə elmi redaktorudur.

Müəllifi, yaxud həmmüəllifi olduğu kitabların siyahısı Vizual/Mobil redaktə

  1. Paşayev P. Beynəlxalq vahidlər sistemi (BS). Bakı: [s.n.], 1968.
  2. Abaszadə A., Paşayev P. Fizika (ali məktəblərə daxil olanlar üçün vəsait). Bakı: Maarif, 1970.
  3. Abbaszadə A., Paşayev P. Fizikadan olimpiada məsələləri. Bakı: [s. n.], 1971.
  4. Paşayev P. Həyatın kiçik sirrləri. Bakı: Elm, 1971.
  5. Paşayev P. Fizika və canlı aləm. Bakı: Azərnəşr, 1972.
  6. Paşayev P. Bioelektrik hadisələr. Bakı: Elm, 1974.
  7. Paşayev P. Həyatın kiçik sirləri. Bakı: Gənclik, 1976.
  8. Paşayev P. Təbiətlə üz-üzə. Bakı: Azərnəşr, 1978.
  9. Paşayev P. Təbiət elmlərinin əlaqəli öyrənilməsi. Bakı: Maarif, 1977.
  10. Kərimov Ə., Paşayev P, Abasov K. İstilik texnikasına giriş (dərs vəsaiti). Bakı: [s. n.], 1982.
  11. Paşayev P. Sənaye tullantıları qiymətli xammaldır. Bakı: Azərnəşr, 1983.
  12. Paşayev P. Təbiətin sirləri. Bakı: Gənclik, 1983.
  13. Mustafayev R., Paşayev P. İstehsalat və energiya. Bakı: Azərnəşr, 1985.
  14. Abaszadə A., Paşayev P. Onbirillik məktəbi üçün fizika proqramı (VII–XI siniflər). Bakı: Maarif, 1986.
  15. Paşayev P. Orta məktəbdə fizikanın tədrisi məsələləri. Bakı: Maarif, 1987.
  16. Paşayev P. Robotlar aləmində. Bakı: Azərnəşr, 1987.
  17. Abasov K., Paşayev P. İstilik maşınları. Bakı: V.İ Lenin adına APİ, 1990.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

Uzun müddət V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda və fizika-riyaziyyat təmayüllü orta məktəbdə müəllim işləyib.

Vəfatı Vizual/Mobil redaktə

 
Paşa Paşayev və həyat yoldaşı Zəhra Paşayevanın qəbrləri.

Həyatının son illərində beyin xərçəngindən əziyyət çəkirdi.

1 iyul 1988-ci il tarixdə Neyrocərrahiyyə İnstitutunda (Bakı) beynində uğursuz cərrahiyə əməliyyatı aparılıb və əməliyyat zamanı – 61 yaşında, vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

Bildiriş Vizual/Mobil redaktə