Qeysər Xəlilov
Qeysər Xəlilov (1929–2000) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi. Uzun müddət Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini[1] olmuş, sonra bir müddət Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışmış, daha sonra isə bir sıra digər məsul vəzifələr tutmuşdur.
| Qeysər (Qeysəl) Xəlilov | |||||||
|---|---|---|---|---|---|---|---|
| Xəlilov Qeysər Veysəl oğlu | |||||||
| Qeysər Xəlilov, 1991-ci il. | |||||||
|
|||||||
| Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
| Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
| Xələfi | komitə ləğv edilib | ||||||
| Təvəllüdü | 9 oktyabr 1929 | ||||||
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), |
||||||
| Vəfat tarixi | 7 aprel 2000 (70 yaşında) | ||||||
| Vəfat yeri |
Bakı, |
||||||
| Əvvəlki adı | Qeysəl | ||||||
| Vətəndaşlığı |
|
||||||
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1947–) • aspirantura |
||||||
| Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru | ||||||
| Elmi adı | professor | ||||||
| Təltifləri |
|
||||||
Haqqında məlumatlar Vizual/Mobil redaktə
9 oktyabr 1929-cu il tarixdə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1947-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Sonra isə aspiranturada təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1952-ci ildə Azərbaycan SSR radio verilişləri komitəsində redaktor vəzifəsində əmək fəaliyyətinə başlayıb. Əvvəl müxtəlif vaxtlarda gah pioner və məktəblilər, gah da komsomolçu-gənclər şöbəsində çalışıb. Sonra isə təbliğat-təşviqat şöbəsinə rəhbərlik edib.
1963 – 1990-cı illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini,
1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),
1991 – 1992-ci illərdə Azərbaycan Respublikası prezidentinin müşaviri,
1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.
1993-cü ildə əmək təqaüdünə çıxıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1961-ci ildə “Azərbaycan sovet ziyalılarının təşəkkülü və inkişafı” mövzusunda namizədlik dissertasiyasını,
1982-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
1989-cu ildə professor elmi adını alıb.
40-dan çox elmi əsərin, 10-a qədər monoqrafiyanın müəllifidir.
Mükafatları Vizual/Mobil redaktə
Vəfatı Vizual/Mobil redaktə
7 aprel 2000-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.
Şəkillər Vizual/Mobil redaktə
-
N.Hacıyev və Q.Xəlilov, 1950-ci illər.
-
S.Ələsgərov,_Q.Xəlilov, İ.Rzayev, 1977-ci il.
-
Q.Xəlilov və B.Vahabzadə, 1981-ci il.
İstinadlar və qeydlər Vizual/Mobil redaktə
- ↑ Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyətinin sədri vəzifəsinə ənənəvi olaraq Azərbaycan SSR EA-nın prezidentləri seçilirdi.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Tahirzadə S. Gənc alim = Ҝәнс алим // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1961. — В. 8 dekabr. — № 145 (6.214). — Səh. 4.
- Məmmədov Ə., Xalıqov F. Xəlilov Qeysər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 258-259. — 1.000 nüsx.
- Mete Ə. Xəlilov Qeysər Veysəl oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 305. — 500 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |