Qoşqar Əliyev — texnika elmləri namizədi, AMEA Qeyri-üzvi Kimya İnstitutunun Kimya texnoloji proseslərin modelləşdirilməsi laboratoriyasının aparıcı elmi işçisi, Qərbi Kaspi Universitetinin dosenti.

Qoşqar Əliyev
Əliyev Qoşqar Seyfulla oğlu
Qoşqar Əliyev
Qoşqar Əliyev.
Təvəllüdü 10 aprel 1966 (1966-04-10) (60 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi texnika elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi (1983–1984-cü və 1986–1990)

 • Azərbaycan SSR EA/Azərbaycan EA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, aspirantura (1990–1994)
İxtisası tətbiqi riyaziyyat
Adının digər versiyaları Qoşqar Aliyev, Qoşqar Eliyev, Qoshqar Aliyev, Qoshqar Eliyev, Гошгар Әлијев, Гошгар Алиев

Haqqında məlumatlar Vizual/Mobil redaktə

10 aprel 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1973 – 1983-cü illərdə Şəki şəhər 7 №-li orta məktəbində,

1983 – 1984-cü və 1987 – 1990-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsində,

1990 – 1994-cü illərdə Azərbaycan SSR EA/Azərbaycan EA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aspiranturasında təhsil alıb.

Hərbi xidməti Vizual/Mobil redaktə

1984 – 1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1990-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Problemləri İnstitutuna mühəndis vəzifəsinə işə götürülüb. Müxtəlif illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi aparıcı elmi işçi vəzifələrində çalışıb. Hal-hazırda Kataliz və kimya texnoloji proseslərin modelləşdirilməsi laboratoriyasında aparıcı elmi işçidir.

Pedaqoji fəaliyyəti Vizual/Mobil redaktə

2012-ci ildən Qərbi Kaspi Universitetinin Kompüter texnologiyaları kafedrasının dosentidir (əvvəlcə əvəzçilik müqaviləsi əsasında, sonra saat hesabı ödənişlə). Multimedia texnologiyaları, kompüter qrafikası və multimedia, dövrәlər nәzәriyyәsi, ixtisas üzrə praktikum, problemyönlü proqramlaşdırma, internet texnologiyaları, turizmdə informasiya texnologiyaları, iqtisadi informatika, psixologiyada riyazi metodlar və politologiyada riyazi statistika fənlərini tədris edir.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1995-ci ildə “Mılonaft və sulfanolun neftdaşıyıcı layların məsaməli mühitində izotermik olmayan adsorbsiya proseslərinin modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və texnika elmləri namizədi elmi dərəcəsi alıb.

O, 62 elmi əsərin müəllifidir. Onlardan 35-i məqalə (11-i xaricdə), 27-i tezisdir.

Təltif və mükafatları Vizual/Mobil redaktə

İstinadlar Vizual/Mobil redaktə

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Qoşqar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 101-102. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Əliyev Qoşqar Seyfulla oğlu : [arx. 03.08.2022] : [azərb.] // Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2024. — Müraciət tarixi: 14.04.2024.
  3. Qoşqar Əliyev // Western Caspian University. — Müraciət tarixi: 14.04.2024.

Bildiriş Vizual/Mobil redaktə