Qurbanəli Camalov — şair, yazıçı, publisist və pedaqoq.

Qurbanəli Camalov
Camalov Qurbanəli Əhməd oğlu
Qurbanəli Camalov
Qurbanəli Camalov.
Anadan olub 26 iyul 1956 (1956-07-26) (70 yaş)
Anadan olduğu yer Qoxmuq, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1973–1978)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

26 iyul 1956-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1973 – 1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1978 – 1981-ci illərdə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz-Qışlaq kəndində,

1981 – 1983-cü illərdə Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli orta məktəbində müəllim,

1983 – 1985-ci illərdə Şəki şəhər Təhsil Şöbəsində metodist,

1985 – 2022-ci illərdə Şəki Pedaqoji Məktəbində/Şəki Pedaqoji Kollecində müəllim vəzifəsində çalışıb.

Ədəbi yaradıcılığı Vizual/Mobil redaktə

Orta məktəbdə oxuduğu illərdən ədəbi yaradıcılıqla məşğul olmağa başlayıb. Şeirlərini yerli dövri-mətbuatda çap etdirib. 3 kitabı çap olunub:

  1. Əllərini mənə ver (2007);
  2. Sevgi olsaydı (2016);
  3. Sənsiz deyiləm, şeirlər, məqalələr və səhnəciklər (Elm və təhsil, Bakı, 2020).

5 şeiri Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda (Bakı: Elm və təhsil, 2018. — I cild.) çap olunub. Kamil Adışirinovun “Şəki ədəbi mühitində Sabir satira ənənələri” monoqrafiyasında (Bakı: Elm və təhsil, 2020) isə satirik məzmunlu on şeiri təhlil edilib.

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, üç övladı var.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Orsər R. Qurbanəli Camalov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 588-591. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Adışirinov K. Qurbanəli Camalovun satirik yaradıcılığı // Şəki ədəbi mühitində Sabir satira ənənələri (XX əsr və XI əsrin əvvəlləri). — Bakı: Elm və Təhsil, 2020. — Səhifələrin sayı:  448. — Səh.: 369 – 384. — ISBN 978-9952-8175-0-7.

Bildiriş Vizual/Mobil redaktə