Röyal Xasıyev
Röyal Xasıyev (1993–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
| Röyal Xasıyev | |
|---|---|
| Xasıyev Röyal Abuzər oğlu | |
| Röyal Xasıyev. | |
| Təvəllüdü | 19 aprel 1993 |
| Doğulduğu yer |
İkinci Biləcik, Şəki rayonu, |
| Vəfat tarixi | 7 oktyabr 2020 (27 yaşında) |
| Vəfat yeri |
Füzuli rayonu, |
| Dəfn yeri |
İkinci Biləcik kəndinin qəbiristanlığı, Şəki rayonu, |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | Abuzər Xasıyev |
| Anası | Ülkər Xasıyeva |
| Təhsili |
• Cəmşid Naxçıvanski adına hərbi lisey (2010–2013) • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (2013–2017) |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Xidmət illəri | 2010 – 2020 |
| Rütbə |
|
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
19 aprel 1993-cü il tarixdə Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1999 – 2007-ci illərdə Şəki rayonunun İkinci Biləcik kənd tam orta məktəbində,
2010 – 2013-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,
2013 – 2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Hərbçi əmək fəaliyyəti Vizual/Mobil redaktə
2017-ci ildən leytenant,
2019-cu ildən isə baş leytenant rütbəsi ilə zabit olaraq Azərbaycan Ordusunda xidmət edib.
27 sentyabr 2020-ci il tarixdən – Vətən müharibəsinin ilk günündən, döyüşlərdə zabit olaraq iştirak edib.
Şəhid olması Vizual/Mobil redaktə
7 oktyabr 2020-ci il tarixdə – 27 yaşında, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.
8 oktyabr 2020-ci il tarixdə İkinci Biləcik kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı (26.06.2018)[1];
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[2];
- “Azərbaycan Bayrağı” ordeni – ölümündən sonra (15.12.2020)[3];
- “Füzulinin azad olunmasına görə” medalı – ölümündən sonra (25.12.2020)[4].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə iki qardaş olublar. Subay idi.
Xatirəsi Vizual/Mobil redaktə
22 oktyabr 2021-ci il tarixdə Şəki rayonunun İkinci Biləcik kəndində onun adını daşıyan bulaq istifadəyə verilib.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 15 Dec 2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 06.02.2022.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RAHİB Məmmədemin oğlu Hacıismayılov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Video Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |