Rəşad Əhmədov
Rəşad Əhmədov (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
| Rəşad Əhmədov | |
|---|---|
| Əhmədov Rəşad Ələkbər oğlu | |
| Rəşad Əhmədov. | |
| Təvəllüdü | 17 iyun 2002 |
| Doğulduğu yer |
Şəki, |
| Vəfat tarixi | 1 oktyabr 2020 (18 yaşında) |
| Vəfat yeri |
Tapqaraqoyunlu kəndi, Goranboy rayonu, |
| Vəfat səbəbi | döyüşdə şəhid olub |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | Ələkbər |
| Anası | Şərafət |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Rütbə |
|
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 iyun 2002-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2008 – 2019-cu illərdə Nizami Gəncəvi adına Şəki şəhər 7 saylı tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və Goranboyda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Suqovuşan, Ağdərə uğrunda gedən döyüşlərdə vuruşub.
Şəhid olması Vizual/Mobil redaktə
1 oktyabr 2020-ci il tarixdə – 18 yaşında, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yaxınlığına düşmüş düşmən mərmisinin partlaması nəticəsində döyüş zamanı qəhrəmancasına həlak olub.
30 dekabr 2020-ci il tarixdə Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (24.06.2021)[1];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (05.11.2021)[2].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə iki qardaş olublar. Subay idi. Atası Ələkbər Əhmədov 2013-cü ilin dekabr ayında vəfat etmişdi.
Digər fəaliyyəti Vizual/Mobil redaktə
2010 – 2014-cü illərdə karate idman növü ilə məşğul olub.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : TALEH Fərhad oğlu Daşdəmirov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24 Jun 2021 - 5 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 05.02.2022.
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : “Suqovuşanın azad olunmasına görə” medalı ilə : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 21.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RƏŞAD Ələkbər oğlu Əhmədov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Rəşad Əhmədov : Nəşi 90 gün sonra tapıldı : [arx. 05.12.2021] // Memorial. — Müraciət tarixi: 28.08.2022.
Videolar Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |