Rəfail Mənəfov
Rəfail Mənəfov — birinci dərəcə dövlət qulluqçusu, Şəki şəhər icra hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini və bu şöbənin Ərazi-təşkilat məsələləri sektorunun müdiri.
| Rəfail Mənəfov | |
|---|---|
| Mənəfov Rəfail Cəfər oğlu | |
| Rəfail Mənəfov. | |
| Anadan olub | 15 iyul 1966 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | Mənəfova (Kərimova) İlahə İzzəddin qızı |
| Övladları | Cəfərli-Rəsulova (Cəfərli) Arzu, Cəfərli Anar |
| Atası | Mənəfov Cəfər Söyüb oğlu |
| Anası | Mənəfova (Musayeva) Solmaz İsmayıl qızı |
| Vətəndaşlıq |
|
| Təhsili | Krasnodar Politexnik İnstitutu, kimya texnologiyası fakültəsi, mühəndis-texnoloq ixtisası (1983–1985, 1887–1990) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 iyul 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1973 – 1983-cü illərdə Şəki şəhər N.Gəncəvi adına 7 nömrəli orta məktəbində,
1983 – 1985, 1887 – 1990-cı illərdə Krasnodar Politexnik İnstitutunun kimya texnologiyası fakültəsində təhsil alıb.
2013 – 2019-cu illərdə bir neçə dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkil etdiyi ixtisasartırma kurslarında iştirak edib.
Hərbi xidmət Vizual/Mobil redaktə
1985 – 1887-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1990-cı ildən Şəki ət-süd kombinatının tullantı anbarında 4-cü dərəcəli aparatçı,
1991 – 1995-ci illərdə həmin kombinatda laboratoriya müdiri vəzifəsində çalışıb.
1995 – 2000-ci illərdə Şəkidə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2000-ci ildən Şəki şəhər icra hakimiyyəti başçısı aparatında çalışır; o cümlədən,
2000 – 2007-ci illərdə əvvəl bir il Ərazi-idarəetmə orqanları ilə iş şöbəsində referent, sonra böyük referent və baş məsləhətçi,
2007 – 2011-ci illərdə İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri,
2011 – 2013-ci illərdə Ərazi-idarəetmə orqanları ilə iş şöbəsinin müdiri,
2013 – 2025-ci illərdə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
2026-cı ilin əvvəlindən isə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini və bu şöbənin Ərazi-təşkilat məsələləri sektorunun müdiridir.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (22.07.2016).
Ailəsi Vizual/Mobil redaktə
Evlidir, bir qızı bir oğlu var.