Rəhimə Cəlilova
Rəhimə Cəlilova — fizika-riyaziyyat elmləri namizədi, hesablama riyaziyyatı ixtisası üzrə dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasının dosenti.
| Rəhimə Cəlilova | |
|---|---|
| Cəlilova Rəhimə Qurban qızı | |
| Rəhimə Cəlilova. | |
| Təvəllüdü | 21 avqust 1959 |
| Anadan olduğu yer |
Bakı, |
| Vətəndaşlığı |
|
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
| Elmi adı | dosent |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tətbiqi riyaziyyat fakültəsi (1976–1981) • Azərbaycan SSR EA Kibernetika İnstitutu, aspirantura (1983–) |
| Atası | Qurban Cəlilov |
| Elmi rəhbəri | Azad Mirzəcanzadə |
| Adının digər versiyaları | Rehime Celilova, Rahima Calilova, Рахима Джалилова, Регима, Джалилова, Рагима Джалилова, Рәһимә Ҹәлилова |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
21 avqust 1959-cu il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1966 – 1976-cı illərdə Bakı şəhər 18 №-li orta məktəbində,
1976 – 1981-ci illərdə S.M.kirov adına Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsində təhsil alıb.
1983-cü ildə Azərbaycan SSR EA Kibernetika İnstitutunun aspiranturasına daxil olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1990-cı ildə akademik Azad Mirzəcanzadənin elmi rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib.
2006-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə hesablama riyaziyyatı ixtisası üzrə dosent elmi adını alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1981-ci ildən Azərbaycan SSR EA Kibernetika İnstitutunda böyük elmi işçi,
1998-ci ildən etibarən Bakı Dövlət Universitetinin informasiya texnologiyaları və proqramlaşdırma dilləri kafedrasında dosent vəzifəsində çalışıb.
2013-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin hesablama riyaziyyatı və informatika kafedrasında dosentdir.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Cəlilova Rəhimə // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 69-70. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Rəhimə Qurban qızı Cəlilova : [arx. 01.10.2023] // Azərbaycan Dövlət Pedaqoji Universiteti. — Müraciət tarixi: 01.10.2023.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |