Rasim Abbaszadə — Qazaxıstanın Astana şəhərində keçirilmiş 35-ci Beynəlxalq Biologiya Olimpiadasının iştirakçısı (2024), Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiadasının (2022) gümüş medalçısı. Bakı Dövlət Universitetinin biologiya (ingilis dilində) fakültəsinin tələbəsi və fakültənin Tələbə Elmi Cəmiyyətinin sədridir.

Rasim Abbaszadə
Abbaszadə Rasim Yusif oğlu
ing. Rasim Abaszada
Rasim Abbaszadə
Rasim Abbaszadə.
Anadan olub 6 sentyabr 2008 (2008-09-06) (18 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan
Təhsili Bakı Dövlət Universiteti, biologiya (ingilis dilində) fakültəsi (2025–)
Mükafatları “Təhsildə xüsusi nailiyyətlərə görə” gümüş nişan — 2025
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

6 sentyabr 2008-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

2014 – 2019-ci illərdə Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbində,

2019 – 2025-ci illərdə isə Şəki şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyində təhsil alıb.

2021-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edəcək ən qabaqcıl şagirdlərin hazırlanıb seçilməsi məqsədi ilə təşkil etdiyi özəl dərslərdə iştirak edib.

2025-ci ildə Bakı Dövlət Universitetinin biologiya (ingilis dilində) fakültəsinə müsabiqədənkənar qəbul olunub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 2020/2021-ci tədris ilində VI – VII sinif şagirdləri arasında keçirilən VI Fənn Müsabiqələrində biologiya fənni üzrə (2021).
  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2022-ci il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (29.06.2022).
  • 2-ci yer — Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiadası (2022).
  • 1-ci yer — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (14.07.2023).
  • 1-ci yer — Şəki-Zaqatala Regional Təhsil İdarəsinin "Zəfər" Elm Olimpiadası biologiya fənni üzrə (22.11.2023).
  • 2-ci yer — Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2024-cü il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (30.04.2024).
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təşəkkürnaməsi — 2024-cü ilin 11 – 22 noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə (10.12.2024).
  • “Qalib ölkənin qalibləri – 2024” mükafatı (7.12.2024).
  • “Təhsildə xüsusi nailiyyətlərə görə” gümüş nişan — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təltifi (2024/2025-ci tədris ilini xüsusi nailiyyətlərlə başa vurmuş XI sinif məzunlarından biri olduğuna görə, 2025).

Digər Vizual/Mobil redaktə

Tanınmış həkim-pediatr Aydın Qazıyevin (1943–2020) nəvəsidir.

Həmçinin bax: Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə