Reyhan Miqdadqızı
Reyhan Mənəfova — filoloq, ədəbi tənqidçi və şairə, AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri.
| Reyhan Mənəfova | |
|---|---|
| Mənəfova Reyhan Miqdad qızı | |
| Reyhan Mənəfova. | |
| Təxəllüsü | Reyhan Miqdadqızı |
| Anadan olub | 31 may 1982 |
| Atası | Miqdad |
| Anası | Mətanət |
| İxtisasları | filoloq və Azərbaycan ədəbi tənqidçisi |
| Təhsili |
• Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya ixtisası, bakalavriat (2008–2012) • Azərbaycan Universiteti, Azərbaycan ədəbi tənqidçisi ixtisası, magistratura(2017– 2019) |
| Adının digər versiyaları | Reyhan Manafova, Рейхан Манафова, Рејһан Мәнәфова |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
31 may 1982-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1999-cu ildə Şəki şəhər 7 saylı orta məktəbini bitirib.
2008 – 2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bakalavr pilləsi üzrə,
2017 – 2019-cu illərdə Azərbaycan Universitetində magistr pilləsi üzrə təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2014-cü ildə AMEA Şəki Regional Elmi Mərkəzində işləyir; o cümlədən,
2023-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Elmi və ədəbi-bədii fəaliyyəti Vizual/Mobil redaktə
35 elmi məqalə və konfrans materialının, 11 tezis, 30-dan çox elmi-publisistik məqalənin müəllifidir.
2 şeir kitabının müəllifidir.
3 kitabın tərtibçisi,1 kitabın elmi redaktoru, 1 kitabın bədii redaktorudur.
Digər Vizual/Mobil redaktə
2017-ci ildən Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə heyətinin üzvüdür.
2018 – 2019-cu illərdə “Pedaqogika” elmi jurnalının məsul katibi olub.
Dəfələrlə respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib.
1 beynəlxalq və 1 respublika səviyyəli konfransın təşkilatçısı və iştirakçısıdır.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |