Süleyman Süleymanov
Süleyman Süleymanov — tanınmış ictimai iaşə işçisi və kulinar. Uzun müddət Sumqayıt şəhər ictimai iaşə trestində müxtəlif vəzifələrdə çalışmışdır.
| Süleyman Süleymanov | |
|---|---|
| Süleymanov Süleyman Həşim oğlu | |
| Süleyman Süleymanov. | |
| Anadan olub | 22 sentyabr 1938 |
| Anadan olduğu yer |
Baş Layısqı, Nuxa (indiki Şəki) rayonu, |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Sovet Ticarəti Texnikumu, texnologiya şöbəsi (–1960) • Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, ərzaq malları əmtəəşünaslığı fakültəsi, axşam şöbəsi (1967–) |
| Adının digər versiyaları | Suleyman Suleymanov, Сулейман Сулейманов, Сүлејман Сүлејманов |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
22 sentyabr 1938-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Layısqı kəndində anadan olub.
1941-ci ildə Böyük Vətən müharibəsinin başlanmasından sonra atası Həşim Süleymanov orduya çağırılıb. O, Mozdok ətrafında gedən döyüşdə ağır yaralanıb və 1942-ci ilin fevral ayında ordudan tərxis olunub. Üç ay sonra isə vəfat edib.
Təhsili Vizual/Mobil redaktə
1956-cı ildə Baş Layısqı kənd orta məktəbini,
1960-cı ildə Sovet Ticarəti Texnikumunun (Bakı) texnologiya şöbəsini bitirib.
1967-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ərzaq malları əmtəəşünaslığı fakültəsinin axşam şöbəsinə daxil olub.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1960 – 1963-cü illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1960-cı ildə təyinat üzrə Sumqayıt şəhər iaşə trestinin şəbəkələrində aşpaz,
1963-cü ildən Bakıda 2 №-li yeməkxanalar trestinin şəbəkələrində, Ali partiya məktəbinin yeməkxanasında baş aşbaz,
1967-ci ildən Ticarət Kulinar Peşə Məktəbinin aşbazlıq qrupunda istehsalat ustası,
1968-ci ildən Ticarət Kulinar Peşə Məktəbinin Sumqayıt filialında aşbazlıq müəllimi və müdir işləyib.
1973 – 1998-ci illərdə Sumqayıt şəhər ictimai iaşə trestində müxtəlif vəzifələrdə çalışıb; o cümlədən,
1973-cü ildən kadrlar üzrə direktor müavini,
1977-ci ildən baş müvəkkil,
1985-ci ildən baş mühəndis-texnoloq,
1993 – 1998-ci illərdə istehsalat müdiri olub.
1998-ci ildə Ticarət Nazirliyinin və ictimai-iaşə trestlərinin ləğv olunmasından sonra təqaüdə çıxıb.
Digər Vizual/Mobil redaktə
27 noyabr 1974-cü il tarixdə Sumqayıtın 25 illik yubileyi münasibəti ilə “Bahar” restoranında təşkil olunmuş və respublika rəhbərlərinin, o cümlədən Heydər Əliyevin də iştirak etdiyi böyük ziyafətin təşkilinə rəhbərlik edib.
Ailəsi Vizual/Mobil redaktə
5 övladı, 11 nəvəsi, 4 nəticəsi var.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |