Saat Əzizov
Saat Əzizov (1929–2000) — sovet dövründə Şəkidə bir sıra məsul vəzifələrdə işləmiş şəxs. Müxtəlif illərdə Nuxa şəhər (rayon tabeliyində) sovetinin sədri, Nuxa şəhər (respublika tabeliyində) soveti sədrinin müavini və digər vəzifələrdə çalışmışdır.
| Saat Əzizov | |
|---|---|
| Əzizov Saat Məcid oğlu | |
| Saat Əzizov. | |
| Anadan olub | 15 may 1929 |
| Anadan olduğu yer |
Böyük Dəhnə, Zaqatala-Şəki mahalı, |
| Vəfat edib | 9 may 2000 (70 yaşında) |
| Vəfat etdiyi yer |
Şəki, |
| Həyat yoldaşı | Abidova Cahangirxanım Cabbar |
| Övladları | Arifə, Gülarə, Məcid və Eldar |
| Vətəndaşlıq |
|
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, jurnalistika fakültəsi (1950–1955) • Bakı Ali Partiya Məktəbi (1971–1973) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 may 1929-cu ildə Zaqatala-Şəki mahalının Böyük Dəhnə kəndində (hal-hazırda Şəki rayonundadır) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1946-cı ildə Böyük Dəhnə kənd orta məktəbini bitirib.
1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində,
1971 – 1973-cü illərdə isə Bakı Ali Partiya Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1951 – 1957-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında fotoqraf, ədəbi işçi, şöbə müdiri,
1957-ci ildən Nuxa rayon komsomol komitəsinin birinci katibi,
1961-ci ilin may ayından Nuxa şəhər sovetinin sədri,
16 yanvar 1963-cü il tarixdən 1965-ci ilin yanvar ayının ortalarınadək Nuxa şəhər soveti sədrinin müavini,
1965-ci ilin yanvar ayının ortalarından sonra yenidən Nuxa şəhər sovetinin sədri,
1972 – 1976-cı illərdə Şəki Rayon İstehlak Cəmiyyətinin sədri,
1976 – 1983-cü illərdə Şəki rayon mədəniyyət şöbəsində inspektor, Şəki şəhər mədəniyyət şöbəsinin direktor əvəzi,
1983 – 1998-ci illərdə Kənd Təsərrüfatı Peşə məktəbinin (məktəb əvvəl Şəki rayonunun Orjonikidze (indiki Turan) qəsəbəsində, sonra isə Cəfərabad kəndində yerləşmişdir) direktoru vəzifəsində çalışıb.
1998-ci ildən əmək təqaüdünə çıxıb.
İctimai-siyasi fəaliyyətri Vizual/Mobil redaktə
Dəfələrlə və ardıcıl olaraq Nuxa/Şəki rayon və şəhər xalq deputatları sovetlərinin deputatı seçilib.
Vəfatı Vizual/Mobil redaktə
9 may 2000-ci il tarixdə – 70 yaşında, Şəkidə vəfat edib.
Ailəsi Vizual/Mobil redaktə
İki qız və iki oğul atası olub.
Həmçinin, bax: Vizual/Mobil redaktə
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1957)
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1959)
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1961)
- Nuxa şəhər və Vartaşen rayon sovetlərinin deputatları (1963)
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1965)
- Şəki (Nuxa) rayon və şəhər Sovetlərinin sədr, sədr müavini və katiblərinin siyahısı
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |