Sabit Rəhmanın Ev-Muzeyi

Sabit Rəhmanın Ev-Muzeyi — görkəmli yazıçı, dramaturq və kinosenarist Sabit Rəhmanın (1910—1970) Şəkidə doğulub boya-başa çatdığı ata-baba mülkünün bir hissəsində yerləşən ev-muzeyi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyindədir.

muzey
Sabit Rəhmanın Ev-Muzeyi
Sabit Rəhmanın Ev-Muzeyi.
Sabit Rəhmanın Ev-Muzeyi.
Sabit Rəhmanın Ev-Muzeyi.
Ölkə Azərbaycan
Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu
Bina tipi yaşayış evi
Tikinti XIX əsrin sonu—XX əsrin əvvəlləri 
Təsis tarixi 16 oktyabr 1996
Açılış tarixi 8 iyun 2001(2001-06-08)
Tabeliyindədir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi
Eksponat sayı 707
Direktoru Pərvanə İskəndərova
Ünvan Ağvanlar küçəsi, ev 21.
Telefon (+994 24) 244-50-89
Sayt
https://www.s.rahman-museum.sheki.org/
facebook səhifəsi
Sabit Rəhmanın Ev-Muzeyi (Azərbaycan)
Sabit Rəhmanın Ev-Muzeyi (Şəki rayonu)
Sabit Rəhmanın Ev-Muzeyi (Şəki)
 41°12′06″N 47°11′20″E / 41.20171816562705°N 47.18895739728106°E / 41.20171816562705; 47.18895739728106

Haqqında məlumatlar Vizual/Mobil redaktə

Muzey Şəki şəhər icra hakimiyyəti başçısının “Şəki şəhərində görkəmli dramaturq S.Rəhmanın ev-muzeyinin təşkil edilməsi haqqında” 16 oktyabr 1996-cı il tarixli, 1/538 №-li sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəki şəhərində Sabit Rəhmanın ev-muzeyinin yaradılması haqqında” 7 sentyabr 2000-ci il tarixli, № 163 №-li qərarına əsasən yaradılıb.

Muzeyin rəsmi açılışı 8 iyun 2001-ci il tarixdə baş tutub.

Muzey XIX əsrdə inşa edilmiş daş binanın şərq hissəsində yerləşir, 4 otaq və 2 dəhlizdən ibarətdir.

Muzeydə Sabit Rəhmanın həyatının Şəki və Bakı dövrlərinə dair və ədəbi yaradıcılığı ilə bağlı, o cümlədən, oğlu — görkəmli bəstəkar Emin Sabitoğlunun həyat və yaradıcılığı ilə bağlı 707 eksponat qorunub saxlanılır. Beləliklə, muzeyə gələn tamaşaçı Azərbaycanın iki görkəmli ədəbiyyat, incəsənət və mədəniyyət xadiminin həyat və yaradıcılığı ilə tanış olmaq imkanı qazanır.

Bildiriş Vizual/Mobil redaktə