Sahib Əhmədov
Sahib Əhmədov — qrafist-rəssam, Şəki Dövlət Dram Teatrının quruluşçu rəssamı.
| Sahib Əhmədov | |
|---|---|
| Əhmədov Sahib Oktay oğlu | |
| Sahib Əhmədov, 2017-ci il. | |
| Doğum tarixi | 16 oktyabr 1988 |
| Doğum yeri |
Şəki, |
| Vətəndaşlığı |
|
| Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, qrafika fakültəsi (2009−2013) |
| facebook səhifəsi | |
Haqında məlumatlar Vizual/Mobil redaktə
16 oktyabr 1988-ci il taqrixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1995 − 2006-cı illərdə Şəki şəhər 5 saylı tam orta məktəbində oxuyub.
1996 − 2001-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində rəssamlığın sirlərini öyrənib.
2009 − 2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2013 − 2014-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib, il yarım Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrində xidmət edib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2016-cı ildən “Məram Gənclik İnkişaf” kursunda rəsm müəllimi,
2018-ci ildən Şəki Dövlət Dram Teatrında quruluşçu rəssam işləyir.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- 1999-cu ildə Şəki Dövlət Rəsm Qalereyasında “İlaxır99” və “Yurdumuza bahar gəlir” rəsm sərgilərində III dərəcəli diplomla mükafatlanıb.
- 2003-cü ildə Şəki Şəhər Təhsil Şöbəsinin təşkil etdiyi rəsm sərgisində də fəxri fərmanla mükafatlanıb.
Yaradıcılığından nümunələr Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |