Salis Məmmədov
Salis Məmmədov (1932–2009) — “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti.
| Salis Məmmədov | |
|---|---|
| Məmmədov Salis Məmmədsani oğlu | |
| Salis Məmmədov, 2007-ci il. | |
| Anadan olub | 1 iyul 1932 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 29 yanvar 2009 (76 yaşında) |
| Vəfat etdiyi yer |
Şəki, |
| Övladları | Vəfa Məmmədova, Aydın Məmmədov |
| Atası | Məmmədsani Məmmədov |
| Vətəndaşlıq |
|
| Peşəsi | jurnalist |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | jurnalist |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi (1959–1964) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1 iyul 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1959 – 1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1948 – 1951-ci illərdə Nuxa radio məlumatları redaksiyasında məlumatçı,
1952 – 1962-ci illərdə “Nuxa fəhləsi” qəzeti redaksiyasında,
1962 – 1965-ci illərdə isə Nuxa rayonlararası “Lenin bayrağı” qəzetində ədəbi işçi, fotoqraf, şöbə müdiri vəzifələrində çalışıb.
1965-ci ilin aprel ayında Azərbaycan KP Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə V.İ.Lenin adına Nuxa İpək Kombinatının çoxtirajlı “İpəkçi” qəzetinə redaktor təyin edilib və 2009-cu ilin yanvar ayına qədər – 44 il, həmin vəzifədə çalışıb.
Digər Vizual/Mobil redaktə
1970-ci illərdən Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan “Müxbir” bülleteninin redaksiya heyətinin üzvü olmuşdur.
1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə “Şəkinin səsi” qəzetini təsis etmiş və vəfatına qədər həmin qəzetin də baş redaktoru olmuşdur.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Leninin yubiley” medalı (1970);
- “Qızıl Qələm” mükafatı;
- “Şərəf Nişanı” ordeni (13 oktyabr 1980);
- “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı (1991)[1];
- “Tərəqqi” medalı (2005).
Vəfatı Vizual/Mobil redaktə
29 yanvar 2009-cu il tarixində – 76 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Mete Ə. Şəki qəzetləri və qəzetçiləri // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 376-377. — 500 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |