Sona Hacıyeva
Sona Hacıyeva (1907–1979) — tanınmış teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti.
| Sona Hacıyeva | |
|---|---|
| Hacıyeva Sona Salman qızı | |
| Sona Hacıyeva. | |
| Doğum tarixi | 25 iyun 1907 |
| Doğum yeri |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat tarixi | 24 dekabr 1979 (72 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Peşəsi | aktrisa |
| Fəaliyyət illəri | 1921 – 1979 |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
25 iyun 1907-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Bir yaşında olarkən atası vəfat edib. Bundan sonra Tiflisdə yaşayan ana babasının – Tiflisin məşhur xanəndələrindən sayılan Əbdülbağı Zülalovun himayəsində böyüyüb. 1919-cu ildə anası Əzizə Məmmədova ilə birlikdə Bakıya köçüblər.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1921-cu ildə – 14 yaşında, Bakı Azad Tənqid-Təbliğ Teatrında səhnə fəaliyyətinə başlayıb,
1923 – 1970-cu illərdə Azərbaycan Dövlət Dram Teatrının aktrisası olub; o cümlədən,
1927-ci ilədək opera və musiqili komediyalarda da rol oynayıb.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan SSR əməkdar artisti” fəxri adı (1933);
- “Azərbaycan SSR xalq artisti” fəxri adı (1949);
- “Şərəf Nişanı” ordeni.
Vəfatı Vizual/Mobil redaktə
24 dekabr 1979-cu il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Sona Hacıyeva // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 155. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Hacıyeva Sona // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 157. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Filmoqrafiya Vizual/Mobil redaktə
- Bəxtiyar (film, 1955) – Zəhra;
- Bismillah (film, 1925);
- Əmək və qızılgül (film, 1962) – qarderobçu;
- Qızmar günəş altında (film, 1957);
- Min birinci söz (film, 1997);
- O olmasın, bu olsun (film, 1956);
- Prima (film, 1992);
- Səhər (film, 1960) – Aslanın anası;
- Sən niyə susursan? (film, 1966) – Səlminaz;
- Telefonçu qız (film, 1962) – Mehribanın nənəsi.
Nəsil şəcərəsi Vizual/Mobil redaktə
| Kərbəlayı Əli Zülalov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Gülüş xanım | Əbdül Zülalov | Əbdülbağı Zülalov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Əli Zülalov | Qəmbər Zülalov | Əzizə Məmmədova | Salman | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Solmaz Zülalova | Zemfira Zülalova | Elmira Zülalova | Rüstəm Zülalov | Sona Hacıyeva | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |