Tərxan Tahirli — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi.

Tərxan Tahirli
Tahirli Tərxan Fizuli oğlu
Tərxan Tahirli
Tərxan Tahirli.
Anadan olub 6 iyun 1994 (1994-06-06) (32 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Təhsili Bakı Dövlət Universiteti, tarix fakültəsi, regionşünaslıq (Amerika üzrə) ixtisası, bakalavriat (2011–2015)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

6 iyun 1994-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

2001 – 2005-ci illərdə Şəki şəhər 20 nömrəli tam orta məktəbində,

2005 – 2011-ci illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyində,

2011 – 2015-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

2022-ci ildə UNESCO-nun 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda təlim kursu keçib.

Hərbi xidmət Vizual/Mobil redaktə

2015 – 2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2016-cı ildən “Best Brend MA” şirkətində,

2017-ci ildən “Marxal” Müalicə-İstirahət Kompleksində müxtəlif vəzifələrdə çalışıb.

2021-ci ildən əmək fəaliyyətini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsində davam etdirir; o cümlədən,

2021 – 2023-cı illərdə idarənin rəisi,

2023 – 2024-cı illərdə baş məsləhətçi olub,

2025-ci ildən idarənin rəisi səlahiyyətlərini icra edib,

1 iyun 2026-cı il tarixdə isə yenidən idarənin rəisi vəzifəsinə təyin olunub.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

2022-ci ildə Şuşa ilinə həsr olunmuş “Mədəni İrsin Qorunmasının Aktual Problemləri” Beynəlxalq Elmi-Praktiki Konfransın materiallarında məqaləsi çap olunub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

2022-ci ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərəfindən 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə ilin işçisi seçilib.

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, bir övladı var.

Bildiriş Vizual/Mobil redaktə