Tamilla Seyidova — tanınmış rəssam, rəngkar, Azərbaycan Respublikasının əməkdar rəssamı.

Tamilla Seyidova
Seyidova Tamilla Əbdürrəhman qızı
Tamilla Seyidova
Tamilla Seyidova.
Doğum tarixi 29 fevral 1940 (1940-02-29) (86 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ → Azərbaycan
Təhsili

 • Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi (1958–1963)

 • Vilnüs Rəssamlıq İnstitutu (1963–1964)

 • V.İ.Muxin adına Leninqrad ali rəssamlıq-sənaye məktəbi, şüşə-keramika ixtisası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2018
facebook səhifəsi
pinterest səhifısi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

29 fevral 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1958 – 1963-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində,

1963 – 1964-cü illərdə Vilnüs Rəssamlıq İnstitutunda təhsil alıb. Daha sonra isə təhsilini V.İ.Muxin adına Leninqrad ali rəssamlıq-sənaye məktəbində şüşə-keramika ixtisası üzrə davam etdirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1968-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində pedaqoji fəaliyyətə başlayıb.

Rəssamlıq fəaliyyəti Vizual/Mobil redaktə

Rəngkarıq janrında müxtəlif mövzulu süjetli tablolar yaradıb.

1978-ci ildə SSRİ Rəssam İttifaqına üzv qəbul olunub.

1963-cü ildə “Bizim müasirimiz” respublika sərgisində,

2010 və 2013-cü illərdə Trabzon şəhərində keçirilən qadın rəssamların Beynəlxalq festivalında iştirak edib. Əsərləri Azərbaycanda və xarici muzeylərdə, eləcədə Azərbaycan, Amerika, Çin, Mərakeş, Türkiyə, Almaniya, Rusiyada şəxsi kolleksiyalarında saxlanılır.

Təltif və mükafatları Vizual/Mobil redaktə

“Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2018).

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Tamilla Seyidova : [arx. 24 Nov 2017 - 22 May 2019] // Azculture. — Müraciət tarixi: 13.02.2025.

Bildiriş Vizual/Mobil redaktə