Teymurxan Şamilov (1950–2018) — Şəki şəhər bələdiyyəsinin sabiq sədri.

Teymurxan Şamilov
Şamilov Teymurxan Şövkətziya oğlu
Teymurxan Şamilov
Teymurxan Şamilov.
Anadan olub 16 fevral 1950(1950-02-16)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat edib 22 yanvar 2018 (67 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan
Həyat yoldaşı Kifayət Şamilova
Övladları Vəfa Bağırova, Münəvvər Zeynalova, Nərmin Şirinova
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika şöbəsi (1967–1972)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

16 fevral 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1967-ci ildə Nuxa şəhər 7 №-li orta məktəbini bitirib.

1967 – 1972-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1972-ci ildə Mingəçevir şüşə liflər zavodunda usta köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1973 – 1976-cı illərdə Şəki sənaye kombinatında mühəndis-mexanik,

1976 – 1979-cu illərdə V.İ.Lenin adına Şəki İpək Kombinatının baramaaçan istehsalında sex ustası, istehsalat rəisi,

1979 – 1982-ci illərdə Bakı bədii istehsalat idarəsində mühəndis vəzifəsində çalışıb.

1982-ci ildən Şəki istehsalat kombinatında müxtəlif vəzifələrdə işləyib; o cümlədən,

1991-ci ilin sentyabr ayının 1-dən həmin müəssisənin baş mühəndisi,

1996-cı ilin fevral ayının 10-dan isə direktoru olub.

1999-cu ilin iyul ayında “Şəki-İpək” ATSC İdarə Heyətinin sədri vəzifəsinə seçilib.

2000 – 2005-ci illərdə Şəki Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

2005-ci ilin mart ayından Şəki şəhər icra hakimiyyətinin iqtisadiyyat şöbəsində istehsal və xidmət sektorunun müdiri olub.

2006 – 2018-ci illərdə əmək fəaliyyətini Bakı şəhərindəki “Kroks” MMC və İMEKS MMC-də davam etdirib.

Vəfatı Vizual/Mobil redaktə

22 yanvar 2018-ci il tarixdə – 67 yaşında, Bakıda toy məclisində iştirak edərkən ürək tutmasından vəfat edib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Şamilov Teymurxan // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 368–369. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Sərkərlər // Şəkidə məhəllə adları, soyadlar və ləqəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 179-188. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  3. 68 yaşlı kişi toyda öldü : [arx. 18.09.2021] // Ölke.Az. — 2018. — 23 yanvar. — Müraciət tarixi: 18.09.2021.

Bildiriş Vizual/Mobil redaktə