Vüsal Xəlilov
Vüsal Xəlilov — tanınmış bank işçısı, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü və Mərkəzi Bank sədrinin müavini.
| Vüsal Xəlilov | |||||
|---|---|---|---|---|---|
| Xəlilov Vüsal Cahangir oğlu | |||||
| Vüsal Xəlilov. | |||||
|
|||||
| Təvəllüdü | 5 aprel 1987 | ||||
| Doğulduğu yer |
Şəki, |
||||
| Vətəndaşlığı |
|
||||
| Təhsili |
• Bakı Dövlət Universiteti, informatika ixtisası, bakalavriat (–2008) • Bakı Dövlət Universiteti, informatika ixtisası, magistratura (–2011) • 2015-ci ildə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı, beynəlxalq biznesin idarəedilməsi ixtisası, magistratura (2015–2017) • London Metropolitan Universiteti, tətbiqi psixologiya ixtisası, magistratura (2024–) |
||||
Haqqında məlumatlar Vizual/Mobil redaktə
5 aprel 1987-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2008-ci ildə Bakı Dövlət Universitetini informatika ixtisası üzrə bakalavr,
2011-ci ildə isə magistr dərəcəsi üzrə bitirib.
2015 – 2017-ci illərdə ADA Universiteti və “Maastricth School of Management” birgə EMBA proqramı üzrə magistr təhsili alıb.
2020-ci ildə Kopenhagen Biznes Məktəbinin maliyyə sektorunda rəqəmsal transformasiya kursunda,
2021-ci ildə isə Harvard Business Schoolun biznes analizi, mühasibatlıq və idarəedənlər üçün iqtisadiyyat istiqamətlərində xüsusi kurslarında təhsilini davam etdirib və müvafiq sertifikatlar alıb.
2014-cü ildə Oracle şirkətinin təşkilatın arxitekturası üzrə “OCM” sertifikatını alıb.
2024-cü ildən İngiltərənin London Metropolitan Universitetində tətbiqi psixologiya ixtisası üzrə magistr təhsili alır.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis,
2010 – 2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı,
2011 – 2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya kommunikasiya texnologiyaları departamentində əvvəl kiçik proqramçı, sonra proqramçı, daha sonra aparıcı proqramçı,
2016 – 2018-ci illərdə isə həmin şirkətdə məhsul və xidmətin yaradılması bölməsinin rəhbəri,
2018 – 2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal laboratoriya departamentinin rəqəmsal mühəndislik şöbəsinin rəhbəri,
2021-ci ilin yanvar ayından 2024-cü ilin may ayınadək həmin bankın texnologiya blokunun baş direktoru,
2024-cü ilin may-noyabr aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru vəzifəsində çalışıb.
7 noyaqbr 2024-ci il tarixdə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə,
4 dekabr 2024-cü il tarixdə isə Mərkəzi Bank sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəsi Vizual/Mobil redaktə
Evlidir, üç övladı var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Vüsal Xəlilov Mərkəzi Bankda baş direktor təyin edildi // Banker.az. — . — Müraciət tarixi: 28.05.2024.
- İdarə Heyəti : Vüsal Cahangir oğlu Xəlilov : [arx. 08.04.2025] // Azərbaycan Respublikası Mərkəzi Bankı. — Müraciət tarixi: 08.04.2025.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |