Veysəl Əfəndiyev
Veysəl Əfəndiyev (1930–1979) — iqtisad elmləri namizədi, Bakı Ali Partiya Məktəbinin siyasi iqtisad kafedrasının dosenti. Bir müddət Azərbaycan KP Balakən rayon komitəsinin birinci katibi vəzifəsində də çalışmışdır.
| Veysəl Əfəndiyev | |
|---|---|
| Əfəndiyev Veysəl Rəsul oğlu | |
| Veysəl Əfəndiyev. | |
| Təvəllüdü | 1930 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 17 sentyabr 1979 (49 yaşında) |
| Elm sahəsi | iqtisadiyyat |
| İş yeri | Bakı Ali Partiya Məktəbi, siyasi iqtisad kafedrası |
| Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
| Elmi adı | dosent |
| Təhsili |
• Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (–1952) • Moskva İqtisad Statistika İnstitutu yanında aspirantura (1953–) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1930-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1952-ci ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1953-cü ildə Moskva İqtisad Statistika İnstitutu yanında aspiranturaya daxil olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1959-cu ildə iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1952-ci ildən təyinatla Azərbaycan Pambıq Tədarükü Trestinin plan şöbəsinə iqtisadçı vəzifəsində işləməyə göndərilib. Bir müddət sonra Baş Pambıq Tədarükü və Emalı İdarəsinin maliyyə şöbəsinin baş iqtisadçısı vəzifəsinə keçirilib.
1957-ci ildə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsində təlimatçı,
1959-cu ildə isə Azərbaycan KP Balakən rayon komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilib. Sonrakı illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun siyasi iqtisad kafedrasında dosent, Azərbaycan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, Bakı Ali Partiya Məktəbinin siyasi iqtisad kafedrasında dosent vəzifəsində çalışıb.
Təltif və mükafatları Vizual/Mobil redaktə
Vəfatı Vizual/Mobil redaktə
17 sentyabr 1979-cu il tarixdə – 49 yaşında, vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Veysəl // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 83-84. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Veysəl Rəsul oğlu Əfəndiyev // Şəkidə məhəllə adları, soyadlar və ləqəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 323-324. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |