Yaqut Məmmədova
Yaqut Məmmədova (1921–1977) — tanınmış həkim-pediatr və uroloq, tibb elmləri doktoru, ilk azərbaycanlı qadın uroloq alim.
| Yaqut Məmmədova | |
|---|---|
| Məmmədova Yaqut Əkbər qızı | |
| Yaqut Məmmədova. | |
| Təvəllüdü | 14 may 1921 |
| Anadan olduğu yer |
Nuxa, |
| Vəfat tarixi | 14 sentyabr 1977 (56 yaşında) |
| Vəfat yeri |
Moskva, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | tibb |
| Elmi dərəcəsi | tibb elmləri doktoru |
| Həyat yoldaşı | Quliyev Ələfsər Hüseyn oğlu |
| Övladı | Quliyev Rauf |
| Atası | Məmmədov Əkbərağa Ağamusa oğlu |
| Anası | Məryəm |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
14 may 1921-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1961-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasında assistent vəzifəsinə işə qəbul edilib. Sonra bir müddət Azərbaycan SSR Səhiyyə Nazirliyi Ə.Qarayev adına Klinik Uşaq Müalicəxanasında həkim, daha sonra isə Azərbaycan SSR Səhiyyə Nazirliyi Respublika Klinik Uroloji Müalicəxanasında uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1968-ci ildə “Uşaqlarda pielonefritin klinikası və diaqnostikası” (rus.: Клиника и диагностика пиелонефрита у детей) mövzusunda namizədlik dissertasiyasını,
1974-cü ildə urologiya və nefrologiya sahəsi üzrə mövzuda doktorluq dissertasiyasını müdafiə edib.
122 elmi məqalənin müəllifidir.
Vəfatı Vizual/Mobil redaktə
14 sentyabr 1977-ci il tarixdə – 56 yaşında, Moskvada vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Cavadov R., Məmmədov M. Pediatr qəlbi // Qadın zəkası. — Bakı: Gənclik, 1975. — Səhifələrin sayı: [213] (sütun 213).
Nəsil şəcərəsi Vizual/Mobil redaktə
| Ağamusa | |||||||||||||||||||||||||||||||||||||||||||||
| Quliyev Hüseyn | Məmmədov Əkbərağa | Məryam | |||||||||||||||||||||||||||||||||||||||||||
| Quliyev Ələfsər | Məmmədova Yaqut | Səmədov Zahid | |||||||||||||||||||||||||||||||||||||||||||
| Quliyev Rauf | Səmədova Elvina | ||||||||||||||||||||||||||||||||||||||||||||
| Quliyeva Arina | Quliyev Anar | Mirzəxanova Lalə | Mirzəxanov Fuad | ||||||||||||||||||||||||||||||||||||||||||
| Quliyeva Əminə | Quliyev İrşad | Quliyeva Amaliya | Quliyev İlyas | Mirzəxanova Nəzrin | Mirzəxanov Fariz | ||||||||||||||||||||||||||||||||||||||||
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |