Yunis Qarabağlı
Yunis Qarabağlı (1909–1985) — tanınmış teatr xadimi, teatr aktyoru, teatr rəssamı, xanəndə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının butafor sexinin rəhbəri.
| Yunis Məmmədov | |
|---|---|
| Məmmədov Yunis Şükür oğlu | |
| Yunis Qarabağlı. | |
| Ləqəbi | Yunis Qarabağlı |
| Doğum tarixi | 8 fevral 1909 |
| Doğum yeri |
Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat tarixi | 3 noyabr 1985 (76 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Dəfn yeri | Çöl qəbiristanlığı, Şəki |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı | Şövkət |
| Uşağı | Akif, Asif, Arif, Cingiz, Ruhangiz |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
8 fevral 1909-cu il tarixdə Ağdamda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Ağdamda ibtidai təhsil alıb.
Əmək və yaradıcılıq fəaliyyəti Vizual/Mobil redaktə
Ağdamda baramaaçan fabrikdə işləməklələ yanaşı Ağdam dram dərnəyinin hazırladığı tamaşalarda rol oynayıb.
1931 – 1934-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının,
1934 – 1949-cu illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının aktyoru olub.
1949 – 1970-ci illərdə V.İ.Lenin adına Nuxa ipək kombinatının mədəniyyət klubunun müdiri,
1970 – 1975-ci illərdə Şəki xalq teatrının rəssamı,
1975-ci ildən Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının butafor sexinin rəhbəri vəzifəsində çalışıb.
Digər Vizual/Mobil redaktə
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının istehsal etdiyi “Səbuhi”, “Ögey ana”, “Leyli və Məcnun”, “Dəli Kür”, “Arxadan vurulan zərbə” filmlərində epizodik rollarda çəkilib.
Vəfatı Vizual/Mobil redaktə
3 noyabr 1985-ci il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Rəhimli İ. Yunis Qarabağlı // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 223-225. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
- Təhmirazqızı S. Yunis Məmmədov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 144. — Səh.: 129-130. — 500 nüsx.
- Təhmirazqızı S. Yunis Qarabağlı // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 73. — 300 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |