Zabil Məmmədov
Zabil Məmmədov — tanınmış musiqiçi-vokalist, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin keçmiş dirijoru.
| Zabil Məmmədov | |
|---|---|
| Məmmədov Zabil İslam oğlu | |
| Zabil Məmmədov. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 4 iyun 1959 |
| Anadan olduğu yer | İmirli (indiki Əmirli) kəndi, Bərdə rayonu |
| Təhsili | Şəki Orta ixtisas Musiqi Texnikumu, muğam şöbəsi (1983–1987) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
4 iyun 1959-cu il tarixdə Bərdə rayonunun İmirli (indiki Əmirli) kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1983 – 1987-ci illərdə Şəki Orta ixtisas Musiqi Texnikumunun muğam şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1987-ci ildən Şəki Rayon Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin 2 №-li avto (səyyar) klubunda müdir,
1995-ci ildən isə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin “Səbuhi” ansamblında xanəndə vəzifəsində çalışıb.
2010-cu ilin may ayından 2025-ci ilədək M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzində dirijor işləyib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |