Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şeyxəlibəyov (1838–1904) — XIX əsrin 70-сi illərinin ortalarında bir neçə il Şərqi Türküstanda/Qərbi Çində, sonra isə 1900-cü ilin 18 noyabrınadək Mərkəzi Asiyada fəaliyyət göstərmiş məşhur diplomat, dövlət xadimi və tərcüməçi. 1898-ci ildən Rusiya İmperiyasının dövlət müşaviri(ru) (rus.: статский советник) mülki məmur rütbəsinə malik olmuşdur, hansı ki bu mülki məmur rütbəsi general-mayor və polkovnik hərbi rütbələri arasındakı şərti hərbi rütbəyə uyğun idi.
| Zaman bəy Şeyxəlibəyov (Şixəlibəyov) | |
|---|---|
| Şeyxəlibəyov Zaman bəy Şeyxəli bəy oğlu rus.: Заманбек Шихалибеков | |
| Zaman bəy Şeyxəlibəyov. | |
| Anadan olub | 7 noyabr 1838 (26 oktyabr) |
| Anadan olduğu yer |
Nuxa, Şəki əyaləti, |
| Vəfat edib | 6 may 1904 (65 yaşında) (23 aprel)[1] |
| Vəfat etdiyi yer |
İstanbul, |
| Həyat yoldaşları | Nanə, Səkinə bəyim və Gülreyhan |
| Övladları |
• Nanə xanımdan: İsa bəy (3 dekabr (Y.21 noyabr) 1856–?), Hacıağa bəy/Rəsul bəy (22 (Y. 10) avqust 1859–?), Tuti (19 (Y. 7) dekabr 1867–?); • Gülreyhandan: Aişə (3 yanvar (Y. 23 dekabr 1883) 1884–?), İbrahim bəy (12 oktyabr (Y. 30 sentyabr) 1886–14 (Y. 1) iyul 1915), Zəhra (10 mart (Y. 26 fevral) 1891–?), Əminə (29 (Y. 17) iyun 1893–1902) |
| Vətəndaşlıq |
|
| Mükafatları |
|
Həyat və fəaliyyəti Vizual/Mobil redaktə
7 noyabr (Yulu təqvimi ilə: 26 oktyabr) 1838-ci il tarixdə Nuxada (indiki Şəki), sünni-müsəlman bəy ailəsində anadan olub. Həmin vaxt ailə mülkü Nuxa şəhərində həyətyanı sahəsi olan ikimərtəbəli bir evdən, Əhmədbəyli, Daşbulaq və Dəhnə kəndlərində yerləşən 10 toxmaçar bağından, əkin sahəsi, otlaq sahəsi və çəltik tarlalarından ibarət idi[2].
Təhsili Vizual/Mobil redaktə
1851-ci ildə Nuxa qəza məktəbinin tam kursunu bitirib.
Əmək fəaliyyəti (1851–1872-ci illər, Rusiya imperiyasında) Vizual/Mobil redaktə
31 (Y. 19) mart 1851-ci il tarixdə Nuxa qəza məhkəməsində katib,
1 noyabr (Y. 20 oktyabr) 1856-cı il tarixdə Car-Balakən hərbi dairəsində tərcüməçi-katib,
20 (Y. 8) noyabr 1856-ci il tarixdə Car-Balakən hərbi dairəsinin Yenisey nahiyəsində tərcüməçi-katib,
1 oktyabr (Y.19 sentyabr) 1857-ci il tarixdə Car-Balakən idarəsində stol rəisi (столонача́льник)[2],
12 yanvar 1858-ci il (Y. 31 dekabr 1857-сi) il tarixdə (Y. 6) fevral 1858-ci il tarixədək Car-Balakən idarəsində idarənin xəzinədarı (приходорасходчик),
11 iyun (Y.30 may) 1859-cu il tarixdə Şamaxı quberniya idarəsində stol rəisinin köməkçisi,
28 (Y. 16) sentyabr 1859-cu il tarixdə Nuxa qəza məhkəməsinin katibi vəzifəsinə təyin edilib[2] (“Kavkazski kalendar”da onun 1860 – 1867-ci illərdə Nuxa qəza məhkəməsinin katibi olması ilbəil qeyd edilib[3][4][5][6][7][8]).
Nuxa qəza məhkəməsinin katibi olduğu müddət ərzində,
1860-cı ilin 1 – 8 fevral (Y. 20 – 27 yanvar), 22 – 29 (Y. 10 – 17) fevral, 8 aprel – 6 may (Y. 27 mart – 24 aprel), 2 iyun (Y. 21 may), 19 (Y. 7) iyun – 10 avqust (Y. 29 iyul), 16 sentyabr – 19 dekabr (Y. 4 sentyabr – 7 dekabr),
1861-cı ilin 12 – 30 mart (Y. 28 fevral – 18 mart), 13 – 26 (Y. 1 – 14) aprel, 10 – 30 may (Y. 28 aprel – 18 may), 30 iyul – 3 sentyabr (Y. 18 iyul – 22 avqust), 27 sentyabr – 14 oktyabr (Y. 15 sentyabr – 5 oktyabr), 26 oktyabr – 2 dekabr (Y. 14 oktyabr – 20 noyabr) tarixləri arasında Nuxa qəza prokuroru vəzifəsini icra edib.
10 avqust (Y. 29 iyul) 1861-ci il tarixindən – 13 (Y. 1) oktyabr 1862-ci il tarixləri arasında isə idarənin xəzinədarı olub[2].
8 mart (Y. 25 fevral) 1868-ci il tarixdə Nuxa qəza məhkəməsinin ləğv edilməsinə görə işini itirib.
26 (Y. 14) mart 1868-ci il tarixdə Nuxa barışdırıcı (мировой) şöbəsinə (“Kavkazski kalendar”da onun 1868 – 1872-ci illərdə Yelisavetpol Dairə Məhkəməsinin Nuxa barışdırıcı (мировой) şöbəsində məhkəmə icraçısı olması ilbəil qeyd edilib[9][10][11][12],
11 fevral (Y. 30 yanvar) 1871-ci il tarixdə isə Nuxa qəzasının Bum miroviy dairəsinə məhkəmə icraçısı vəzifəsinə təyin olunub.
16 (Y. 4) dekabr 1873-cü il tarixdə, məzuniyyətdən sonra işə çıxmadığına görə xidmətdən kənarlaşdırılıb.
İstanbulda Vizual/Mobil redaktə
1873-cü ldə xeyli qafqazlının içərisində Türkiyəyə mühacirət edib[qeyd 1].
1873 – 1875-ci illər arasında Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Şərqi Türküstana göndərilən rəsmi nümayəndələr arasında olub,
1875-ci ildə Kaşğara yetişmiş Osmanlı hərbi yardımını bütün yol boyu – İstanbuldan Kaşğaradək, müşayiət edib[13].
Yeddişəhərdə (Kaşğarda) Vizual/Mobil redaktə
1876-cı ilin dekabr ayı üçün Zaman bəyin adı Çindən müstəqilliyini elan etmiş Yeddişəhər (Kaşğar) dövlətinin əmiri Yaqub xanın(ru) etibarlı nümayəndəsi olaraq – “Zaman xan əfəndi” kimi çəkilir[15][qeyd 2].
1877-сi ildə məşhur rus səyyahı və coğrafiyaşünası Nikolay Prijevalski Şərqi Türküstana etdiyi səyahətində qarşılaşdığı Zaman bəy haqqında öz gündəliyində dəfələrlə bəhs etmiş, həmçinin, geri dönərkən Zaman bəyə səmimi təşəkkür məktubu yazdığını da gündəliyində sonda qeyd etmiş və səyahətinin uğurla başa çatmasında Zaman bəyin xüsusi rolunu vurğulamışdır[16].
1877-ci ilin sonunda Yaqub xanın ölümündən və Yeddişəhər dövlətinin Çin tərəfindən tam işğal edilməsindən sonra Zaman bəy Daşkəndə getdi.
Əmək fəaliyyəti (1878–1900-cü illər, Rusiya imperiyasında) Vizual/Mobil redaktə
16 (Y. 4) dekabr 1873-cü il tarixdən 7 iyun (26 may) 1878-ci il tarixədək Rusiyada xidmətdən istefada olduqdan sonra,
7 iyun (Y. 26 may) 1878-ci il tarixindən Fərqanə vilayətinin hərbi qubernatorunun sərəncamında olmaqla ildə 1200 rubl maaşla Türküstan General-qubernatorluğunun dəftərxanasında çalışmaq üçün ezam olunub.
1878 – 1882-ci illərdə, özbək və qazax dillərində çap olunan “Türkistan vilayətinin qəzeti”nin(kk) redaksiyasında da çalışıb[17][qeyd 3].
6 (Y. 25 may) 1878-ci il tarixdən 6 (Y. 25 may) 1879-cu il tarixədək Əfqanıstanda general Stoletovun rəhbərlik etdiyi rus səfirliyinin üzvü kimi Kabildə olub[2][18].
27 (Y. 15) iyul 1879-cu il tarixdən Türküstan general-qubernatorunun sərəncamında xidmət etmək üçün saxlanılıb.
20 (Y. 8) aprel 1880-ci il tarixdən 6 yanvar 1881-ci (Y. 25 dekabr 1880-ci) il tarixədək Buxara ərazisindəki Şirabat şəhərində siyasi xəbərlər toplayıb.
26 (Y. 14) fevral 1881-ci il tarixdən 18 (Y. 6) may 1881-ci il tarixədək Əfqanıstanın əmiri Əbdürrəhman xanın ailəsini müşayiət etmək üçün Əfqanıstanın Məzari-Şərif şəhərində ezamiyyətdə olub.
3 iyun (Y. 22 may) 1881-ci il tarixdən Fərqanə vilayətində dövlət vergisi və torpaq idarəçiliyi haqqında qaydalar toplusunun türk dilinə tərcümələrinin yekun nəzərdən keçirilməsi üzrə komissiyanın üzvü təyin edilib.
22 iyun (Y. 10 iyun) 1881-ci il tarixdən 19 (Y. 7) may 1882-ci tarixədək Kulcada – Kulca şəhərinin Çin hökumətinə təhvil verilməsi üzrə komissar təyin olunmuş general-mayor Fridenin sərəncamında olub.
20 (Y. 8) iyun 1883-cü il tarixdə Semireçye vilayət idarəsində yerli dillər üzrə tərcüməçi vəzifəsinə keçirilib.
28 (Y. 16) avqust 1884-cü il tarixdə Venıy qəza rəisinin ikinci köməkçisi və Çilikski nahiyəsinin rəisi,
24 (Y. 12) oktyabr 1884-cü il tarixdə Serqiopol qəza rəisinin böyük köməkçisi,
18 (Y. 6) noyabr 1886-cı il tarixdə Kapal qəza rəisinin baş köməkçisi vəzifəsinə təyin edilib.
1888-ci ilin aprel – oktyabr ayları arasında Kopal qəza məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edib.
26 (Y. 14) dekabr 1888-ci il tarixdə Semireçye vilayətinin Carkənd sahəsi rəisinin köməkçisi vəzifəsinə keçirilib.
11 may (Y. 29 aprel) – 16 (Y. 4) avqust 1890-cı il tarixləri arasında Carkənd sahəsinin hakimi vəzifəsini müvəqqəti icra edib.
13 (Y. 1) sentyabr 1890-cı il tarixdə öz xahişinə əsasən inzibati-polis idarəsi üzrə Türküstan general-qubernatorluğu dəftərxanasında ana dillərinin tərcüməçisi vəzifəsinə keçirilib (23 dekabr 1890-cı il tarixli ali fərmanla bu vəzifəyə təsdiqlənib).
8 dekabr (26 noyabr) 1892-ci il tarixli əmrlə Buxara əmirinin Sankt-Peterburqa səfəri zamanı onun adamlarının bir hissəsini və yüklərinı daşıyan nəqliyyat vasitələrini adı çəkilən şəhərədək müşayiət edib.
31 (Y. 19) mart 1893-cü il tarixdə ezamiyyətini başa vurub Türküstana geri dönüb (Seyid Əbdüləhəd xan geri dönərkən – 19 fevral 1893-cü il tarixdə, Bakıdan keçmiş, gecələmək üçün Bakıda Zaman bəyin həmyerlisi olan Həsən bəy Nəbibəyovun evinə düşmüşdür[19]).
1894, 1895, 1896, 1897, 1898, 1899 və 1900-cü illərdə Buxara əmirini müşayiət etmək üçün Qafqaza ezamiyyətlərə göndərilib.
13 (Y. 1) aprel 1896-cı il tarixli əmrlə rus imperatorunun tacqoyma mərasimində iştirak etmək üçün Moskvaya yola düşən Buxara əmirini müşayiət edib
26 (Y. 14) avqust 1896-cı il tarixdə ezamiyyətdən geri dönüb.
Mülki rütbələri Vizual/Mobil redaktə
- Dəftərxana xidmətçisi (18 iyul (Y. 6 iyul) 1853)[2];
- Kollej qeydiyyatçısı(ru) (8 dekabr (Y 26 noyabr) 1854)[2];
- Quberniya katibi(ru) (24 (Y: 12) oktyabr 1858)[2];
- Kollej katibi(ru) (6 dekabr (Y. 24 noyabr) 1861)[2];
- Titulyar müşavir(ru) (23 (Y. 11) iyun 1867)[2];
- Kollej asessoru(ru) (23 (Y. 11) may 1880)[2];
- Saray müşaviri(ru) (27 (Y. 15) fevral 1881)[2];
- Kollej müşaviri(ru) (26 (Y. 14) fevral 1893)[2];
- Dövlət müşaviri(ru) (12 iyun (Y. 31 may) 1898)[2].
Təltif və mükafatları Vizual/Mobil redaktə
- 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni (22 (Y. 10) yanvar 1880)[2];
- 3-cü dərəcəli Müqəddəs Anna ordeni (8 mart (Y. 24 fevral) 1882)[2];
- 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni (31 (Y. 19) oktyabr 1882)[2];
- 2-ci dərəcəli Müqəddəs Anna ordeni (21 (Y. 9) mart 1885)[2];
- 4-ci dərəcəli Müqəddəs Vladimir ordeni (11 noyabr (Y. 30 oktyabr) 1891)[2];
- 2-сi dərəcəli “Buxarai-Şərif” ordeni (7 iyun (Y. 26 may) 1893-ci il tarixdə qəbul etmək və taxmaq üçün ali icazə alıb)[2];
- Ali təşəkkür (imperator təşəkkürü) (1 dekabr (Y. 19 noyabr) 1895)[2];
- 1-сi dərəcəli “Buxarai-Şərif” ordeni (23 (Y. 11) iyun 1896-cı il tarixdə qəbul etmək və taxmaq üçün ali icazə alıb)[2];
- Zabit «İftixar» ordeni (Tunis) (1897) (21 iyun (Y. 9) iyun 1897-ci il tarixdə qəbul etmək və taxmaq üçün ali icazə alıb; 10 avqust (29 iyul) 1897-ci il tarixli qəzetdə də bu təltif barədə məlumat var[20])[2];
- “İmperator I Nikolayın çarlığının xatirəsinə” gümüş medalı[2];
- “İmperator III Aleksandrın çarlığının xatirəsinə” medalı[2];
- “İmperator II Nikolayın taxta çıxması münasibətilə” medalı[2];
- “1853 – 1895 illərdə Orta Asiyaya yürüşlərdə iştirakına görə” medalı[2];
- 2-ci dərəcəli “Şiri-Xurşid” ordeni[2] (1897-ci ildə İranın 2-ci dərəcəli “Şiri-Xurşid” ordeni ilə təltif edilməsi üçün isə Rusiya tərəfindən diplomatik təqdimat verilmişdi[21]).
İstefaya çıxması və İstanbulda vəfat etməsi Vizual/Mobil redaktə
18 (Y. 5) noyabr 1900-cü il tarixli ali fərmanla, baş qərargahın yurisdiksiyası altında olan Türküstan general-qubernator dəftərxanasında çalışdığı tərcüməçi vəzifəsindən (xəstəliyinə görə[2]) öz xahişinə əsasən azad olunub və bu zaman, vəzifədən azad olunmasından sonra mundir geyinmək hüququ və poqon taxmaq hüququ saxlanılıb[22]. İstefaya çıxdıqdan sonra Tiflisdə yaşayacağını bildirmişdi. Onun Tiflisdə yaşayıb-yaşamadığı barədə məlumat olmasa da, ehtimal etmək mümkündür ki, ən geci 1902-ci ildə ailəsi ilə İstanbula köçmüşdür. Çünki ikinci arvadından doğulmuş qızı Əminə həmin ildə – 9 yaşında, orada vəfat etmişdir[2]. Azyaşlı qızının vəfatından cəmi iki il sonra –
6 may (23 aprel) 1904-cü il tarixdə isə 65 yaşlı Zaman bəy özü də İstanbulda vəfat etdi[2]. O, vəfat edərkən həyat yoldaşı Nanə xanım və ikinci arvadından doğulmuş qızı Zəhra da onunla birlikdə İstanbulda yaşamaqda idilər.
Görünüşü Vizual/Mobil redaktə
Nikolay Prijevalskiy Zaman bəyi belə təsvir edir: “Görünüşünə görə kök, orta boylu, qarayanız, iri burunlu; təxminən 40 yaşında[23].
Ailəsi Vizual/Mobil redaktə
Atası Vizual/Mobil redaktə
1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda atası praporşik Şeyxəli bəy Hacı bəy oğlu vəfat etmiş şəxs kimi qeyd edilsə də[25], 1866 – 1880-ci illərdə tərtib edilmiş “Qazıxana dəftəri”ndə onun 1869-cu ilin mart ayının 21-i tarixdə sağ olması və həmin vaxt oğlu Zaman bəyin kəbini kəsilərkən oğlunun vəkili olması göstərilib[26].
Qardaşları Vizual/Mobil redaktə
Bala bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 20 yaşlı şəxs kimi qeydə alınıb[24].
Mehdi bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 16 yaşlı şəxs olaraq qeydə alınıb[25]. 1866 – 1880-ci illərdə tərtib edilmiş “Qazıxana dəftəri”ndə onun 1 noyabr 1870-ci il tarixdə Abdulla İbrahim oğlunun qızı Əfruzla evlənməsi qeydə alınıb[27]. Mehdi bəy 1873 – 1874-cü illərdə Yelisavetpol Dairə Məhkəməsində tərcüməçi vəzifəsində çalışmışdır[28][29]. 11 sentyabr 1874-cü il tarixdə – 30 yaşında, uzun sürən xəstəlikdən sonra Nuxada vəfat edib[30].
İbrahim bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 10 yaşlı şəxs olaraq qeydə alınıb[25]. 1866 – 1880-ci illərdə tərtib edilmiş “Qazıxana dəftəri”ndə onun 7 noyabr 1871-ci il tarixdə Mustafa bəy Hacı Şəmsəddin bəy oğlunun qızı Ballı bəyimlə evlənməsi qeydə alınıb[31]. 1 noyabr 1870-ci il tarixdə qardaşı Mehdi bəyin kəbin mərasimində qardaşının vəkili kimi iştirak edib[27]. İbrahim bəy 1874-cü ildə Zaqatala dairəsinin idarə aparatında tərcüməçi işləyirdi[32]. 19 avqust 1876-cı il tarixdə – 26 yaşında, uzun sürən xəstəlikdən sonra Nuxada vəfat edib[33].
Məhəmməd bəy; 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda 8 yaşlı şəxs olaraq qeydə alınıb[25]. 23 noyabr 1871-ci il tarixdə qardaşı İbrahim bəyin kəbin mərasimində qardaşının vəkili kimi iştirak edib[31].
Arvadları Vizual/Mobil redaktə
1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda Zaman bəyin 4 yaşlı və 1 yaşlı oğullarının olması qeyd edildiyinə görə[24] onun ən geci 1855-ci ildə ailə qurduğu məlum olur. Birinci həyat yoldaşı isə poruçik Ağakişi bəy Hacıxanovun qızı Nanə xanım idi. Ondan iki, yaxud üç oğlu[qeyd 5] və bir qızı doğulmuşdur[2].
21 mart 1869-cu il tarixdə isə Zaman bəy sabiq Şəki xanı Məhəmmədhəsən xanın qızı, yaxud qız nəvəsi Səkinə bəyimlə[qeyd 6] ailə qurmuş, lakin bu evlilik 9 ildən çox davam etməmişdir[qeyd 7].
Daha sonra isə Zaman bəy saray müşaviri İbrahimovun qızı Gülreyhanla ailə qurmuş və ondan 3 qızı və bir oğlu doğulmuşdur. Gülreyhan 3 aprel (Y. 24 mart) 1895-ci ildə vəfat etmişdir[2].
Övladları Vizual/Mobil redaktə
Nanə xanımdan:
- İsa bəy (3 dekabr (Y.21 noyabr) 1856–?),
- Hacıağa bəy/Rəsul bəy (22 (Y. 10) avqust 1859–?),
- Tuti (19 (Y. 7) dekabr 1867–?);
Gülreyhandan:
- Aişə (3 yanvar (Y. 23 dekabr 1883) 1884–?). Rus təbəəsi İsfəndiyar Taşmetova ərə gedib. 1904-cü ildə əri ilə birlikdə Daşkənddə yaşayırdı[2];
- Zəhra (10 mart (Y. 26 fevral) 1891–?). 1904-cü ildə İstanbulda yaşayırdı və analığı Zəhra ilə birlikdə rus hökumətindən ildə 383 manat 33 qəpik təqaüd alırdı[2];
- Əminə (29 (Y. 17) iyun 1893–1902). İstanbulda vəfat edib[2];
- İbrahim bəy (12 oktyabr (Y. 30 sentyabr) 1886–14 (Y. 1) iyul 1915). 1876-cı ildə vəfat etmiş qardaşı İbrahim bəyin adını verdiyi oğlu İbrahim bəy 1904-cü ildə Orenburq Kadet Korpusunda təhsil alırdı[2]. 1909-cu ildə Kiyev hərbi məktəbini bitirmiş və 32-ci Keremçuk piyada alayına poruçik göndərilmişdi[34]. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayarkən, eyni rütbə ilə eyni alayının zabit heyətinin tərkibində idi[35]. 3 mart (Y. 19 fevral) 1915-ci il tarix döyüşdə ağır yaralanmış[36], 13 (Y. 1) iyul 1915-ci il tarixdə – 28 yaşında, Loyki kəndində müalicə aldığı lazaretdə (Qrodno yaxınlığı) vəfat etmişdir[37]. Vəfatından sonra 14 (Y. 1) oktyabr 1915-ci il tarixdə qılınc və bantlı III dərəcəli müq. Stanislav ordeni ilə təltif olunub[38].
Həyat və fəaliyyətinin öyrənilməsi Vizual/Mobil redaktə
19-cu əsrin 4-cü rübündən etibarən Rusiyanın Şərq tarixçiləri Zaman bəyin özü haqqında, onun səyahətlərdə və diplomatik danışıqlarda ruslara köməyi haqqında kifayət qədər məlumatlı olublar[39]. Azərbaycanda isə Zaman bəy Şeyxəlibəyovun həyat və fəaliyyətinin araşdırılmasına çox gec başlanılıb; ilk elmi-publisistik məqaləni 2014-cü ildə geologiya-mineralogiya elmləri doktoru, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Zəkəriyyə Əlizadə (1936–2016) tarixi ədəbiyyata, professor Ədalət Tahirzadənin ona təqdim etdiyi arxiv sənədlərinə istinadla yazıb. Bundan sonra Rusiyada yaşayan tarixçi-tədqiqatçı Eldar İsmayılov Moskva arxivlərindən Zaman bəy Şeyxəlibəyovun şəxsi işini tapıb və həmin işin surətini Zəkəriyyə Əlizadəyə göndərib. Lakin 2016-cı ildə Zəkəriyyə Əlizadənin vəfatından sonra Eldar İsmayılovun ona göndərdiyi Zaman bəy Şeyxəlibəyovla bağlı materiallar da itib. Həmin şəxsi işdən o vaxt yalnız Zaman bəyin təvəllüd və ölüm tarixləri elmi ədəbiyyata düşdmüşdü, hansı ki Ədalət Tahirzadə 2016-cı ildə “Tarix” dərgisində (İstanbul Universitetinin nəşri) türkcə dərc olunmuş “Sultan Əbdüləzizin Şərqi Türküstan-Kaşğar Xanlığına göndərdiyi zabit” adlı məqaləsində bu şəxsi işə istinad edərək Zaman bəyin təvəllüd və ölüm tarixlərini göstərmişdi[40]. Zəkəriyyə Əlizadədən və Ədalət Tahirzadən sonra Azərbaycanda Zaman bəyin həyat və fəaliyyətini bir də 2020-ci ildə Aydın Məmmədov tədqiq etməyə başlayıb. Həmin ildə onun “Şəkinin tanımadığımız məşhuru – Zaman bəy Şeyxəlibəyov” adlı məqaləsi “Mədəniyyət” qəzetində çap olunmaqla yanaşı, o, Vikipediyanın rusca böməsində, həmçinin özünün Şəki Ensiklopediyasında da Zaman bəy Şeyxəlibəyov haqqında məqalə yaradıb. 2025-ci ildə onun xahişi ilə Eldar İsmayılov, Zaman bəy Şeyxəlibəyovun Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanılan şəxsi işindən çıxarışlar edərək ona göndərdikdən sonra isə bu məqaləni əsaslı şəkildə yenilədi.
Qeydlər Vizual/Mobil redaktə
- ↑ Q.P.Fyodorov yazır ki,
Уроженец Нухи, Заманбек во время турецкой войны 1876 года, будучи совсем юным, эмигрировал в числе очень многих кавказцев в Турцию. Возвратиться обратно он боялся, ожидая репрессий русских властей, и остался в Константинополе со своими братьями... Султан... в числе четырех-пяти человек, отправленных в Кашгар, был и Заманбек (Фёдоров Г.П. (XXI), 2013). Lakin Zaman bəyin 1876-cı ildə Türkiyəyə mühacirət etməsi doğru görünmür. Çünki, o, 1875-ci ildə artıq Kaşğarda idi. Bundan başqa, Türkiyə-Rusiya müharibəsi də 1876-cı ildə başlamamışdı, 1877-ci ildə başlayıb.
- ↑ Rus səyyahı Nikolay Prjevalski(ru) (1839–1888) 1877-ci ildə Şərqi Türküstandakı Robnor gölü istiqamətində səyahətə başlayarkən ilk dəfə 13 – 16 (1–4) may tarixləri arasında Yaqub xanın nümayəndəsi olan Zaman bəylə qarşılaşıb (Пржевальский Н.М., 1947). Zəkəriyyə Əlizadənin məqaləsində isə göstərilir ki, 8 iyun 1872-ci il tarixdə Zaman bəy Yeddişəhər dövləti ilə Rusiya İmperiyası arasında bağlanmış 5 bəndlik ticarət sazişinin hazırlanmasında və ruslarla danışıqlarda iştirak etmişdir (Əlizadə Z., 2014). Əgər 1872-ci il tarixi doğrudursa, onda, deməli, Zaman bəy 1872-ci ilədək Türküyədən Kaşğara gəlib? Ola bilər ki, söhbət 1872-ci ildən yox, əslində 1877-ci ilin əvvəllərindən gedir. Belə ki, 1876-cı ilin sonu, 1877-ci ilin əvvəllərində Rusiya İmperiyası ilə Yeddişəhər dövləti arasında danışıqlar aparılmış, Zaman bəy də danışıqlarda Yeddişəhər dövlətini təmsil etmişdir (Куропаткин А.Н., 1879).
- ↑ Özbək və qazax dillərində ilk qəzet olan “Türkistan vilayətinin qəzeti” (özb.: “Turkiston viloyatining gazeti”(uz); qaz.: “Түркістан уәлаятының газеті”(kk)) Türküstan general-qubernatorluğu dəftərxanasının rusca rəsmi “Turkestanskiye vedomosti” (rus.: «Туркестанские ведомости») qəzetinə əlavə olaraq 1870 – 1882-ci illərdə Daşkənddə çap olunub. Qəzet həftədə iki dəfə qazax, iki dəfə isə özbək dilində çıxırdı. Qəzetdə əsasən rus dilindən tərcümələr dərc olunurdu. Qazax dilində məqalələri redaktor Şahmərdan İbrahimov və yanındakı ədəbi işçilər – Zaman bəy Şeyxəlibəyov, Yusup Qazıbəyov, Hasan Janışevtar hazırlayırdılar. Qazax versiyasının hazırlanmasında əsas işi bu dörd nəfər görmüşdür («Түркістан уалаятының газетінде»,).
- ↑ Lakin daha sonrakı bəzi rəsmi sənədlərdə Zaman bəyin atasının adı Şeyxəli kimi yox, “Hacı bəy” kimi, bir sənəddə isə “Hacı xan” (Генеалогическое общество Алматы,) kimi göstərilir... Şəki əyalətinin 1824-cü il kameral siyahıyaalınmasında – bəylərin siyahısında, Hacı bəy Hacı Rəsul bəy oğlu qeydə alınıb (Камералное описание, 1824) ki, bu Hacı Rəsul bəy isə çox güman ki, Hacı Çələbi xanın əmisi oğlu Şeyxəlinin oğludur. Belədirsə, deməli, Zaman bəy də Hacı Çələbi xanın əmisi oğlu Hacı Şeyxəlinin nəslindəndir.
- ↑ Əgər 1860-cı ildə tərtib edilmiş “Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı”nda Zaman bəyin 4 yaşlı İsa bəy və 1 yaşılı Hacıağa bəy adlı oğullarının olması qeyd edilibsə (Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи, 1860), Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanılan (fond 400, opis 17, №-12808) “Dövlət müşaviri Şixəlibəyovun vəzifədən azad edilməsi haqqında” adlı qovluqda isə onun Nanə xanımdan doğulmuş 1859-cu il təvəllüdlü ikinci oğlunun adı “Hacıağa” bəy kimi deyil, “Rəsul” kimi qeyd edilib (РГВИА, ?, с. 78). Hacıağa bəy və Rəsulun eyni şəxs, yaxud ayrı-ayrı şəxslər olması isə bilinmir.
- ↑ Hacı Seyid Əbdülhəmid Səkinə bəyimi İsmayıl xanla Tuti ağanın ikinci qızı olduğunu və onun Zaman bəyə ərə getdiyini yazır (Şəki xanlığının tarixindən, 1958, s. 31). “Qazıxana dəftəri”ndə isə Səkinə bəyim İsmayıl xanla Tuti ağanın qızı kimi yox, Məhəmmədhəsən xanın qızı kimi təqdim edilir (Qazıxana dəftəri (2), 2008, s. 151), (Qazıxana dəftəri (3), 2008, s. 102). Ola bilsin ki Hacı Tuti ağa öz bacısını övladlığa götürmüşdür?
- ↑ 13 mart 1878-ci ildə Səkinə bəyim Mirzə bəy Sultanovun oğlu Həsən xanla ailə qurub (Qazıxana dəftəri-5, 2008).
İstinadlar Vizual/Mobil redaktə
- ↑ РГВИА, 18 сентябрь 1904, лист 73, № 2029.
- ↑ 2,00 2,01 2,02 2,03 2,04 2,05 2,06 2,07 2,08 2,09 2,10 2,11 2,12 2,13 2,14 2,15 2,16 2,17 2,18 2,19 2,20 2,21 2,22 2,23 2,24 2,25 2,26 2,27 2,28 2,29 2,30 2,31 2,32 2,33 2,34 2,35 2,36 2,37 РГВИА.
- ↑ Кавказский календарь, 1860, Отд. V, с. 21.
- ↑ Кавказский календарь, 1861, с. 347.
- ↑ Кавказский календарь, 1863, с. 319.
- ↑ Кавказский календарь, 1864, с. 24 (on-line 340).
- ↑ Кавказский календарь, 1865, с. 27 (on-line 414).
- ↑ Кавказский календарь, 1866, с. 29 (on-line 491).
- ↑ Кавказский календарь, 1868, с. 36 (on-line 514).
- ↑ Кавказский календарь, 1869, с. 40 (on-line 536).
- ↑ Кавказский календарь, 1871, с. 51 (on-line 523).
- ↑ Кавказский календарь, 1872, с. 52 (on-line 523).
- ↑ Əlizadə Z., 2014.
- ↑ Оренбургская областная универсальная научная библиотека им. Н.К. Крупской.
- ↑ Куропаткин А.Н., 1879, с. 7.
- ↑ Пржевальский Н.М., 1947, с. 139 (прм. 18).
- ↑ Assanova B.S., 2018, с. 10.
- ↑ Пржевальский Н.М., 1947, с. 138.
- ↑ Наш Баку.
- ↑ Абдирашидов Д., 2011, с. 105.
- ↑ Россия и Палестина, 2018, с. 200.
- ↑ Офицеры РИА.
- ↑ Хмельницкий С.И., 1950, с. 194.
- ↑ 24,0 24,1 24,2 Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи, 1860.
- ↑ 25,0 25,1 25,2 25,3 Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи, 1860, ряд: 35.
- ↑ Qazıxana dəftəri-1, 2008, s. 151.
- ↑ 27,0 27,1 Qazıxana dəftəri-6, 2008, s. 143.
- ↑ Кавказский календарь, 1873, с. 51 (on-line 323).
- ↑ Кавказский календарь, 1874, с. 40 (on-line 365).
- ↑ Qazıxana dəftəri-4, 2008, s. 41.
- ↑ 31,0 31,1 Qazıxana dəftəri-2, 2008, s. 138.
- ↑ Кавказский календарь, 1874, с. 141 (on-line 466).
- ↑ Qazıxana dəftəri-3, 2008, s. 49.
- ↑ Офицеры РИА-1909.
- ↑ Офицеры РИА-1914.
- ↑ Памяти героев Великой войны 1914–1918 годов-1, .
- ↑ Памяти героев Великой войны 1914–1918 годов-2, .
- ↑ Высочайшие приказы о чинах военных…, 1915.
- ↑ Пржевальский Н.М., 1947, с. 138 (прм. 18).
- ↑ Tahirzade A., 2016.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Об увольнении от службы Статского Советника Шихалибекова (rus.). — РГВИА, фонд 400, опись 17, дело 12808 (началось 20 сентября 1900, кончилось 13 июля 1901).
- Высочайшие приказы, текстовая версия, 1900, ноябрь : Ноября 5-го дня, в Ливадии. : [arx. 21 Apr 2019 - 30 Dec 2019] : [rus.] // Офицеры русской императорской армии. — 1900. — 16 ноября. — Müraciət tarixi: 06.05.2022.
- Tahirzade A. Sultan Abdulaziz'in Doğu Türkistan-Kaşğar Hanliği'na gönderdigi subay (türk.) // Türkçe Tarih : dergi. — 2016. — В. Aralıq. — № 2.
- Nuxa şəhərindəki müsəlman bəylərinin və dövlət məmurlarının siyahısı = Список беков и чиновников мусульманского вероисповедения гор. Нухи. — Azərbaycan Respublikası Dövlət Tarix arxivi, fond 10, op. 1, s/v 79, 1860.
- Служащие (чиновники) Семиреченской области : [arx. 20.10.2020] : [rus.] // Генеалогическое общество Алматы. — Müraciət tarixi: 06.05.2022.
- Составленоно капитаном Харченновым и поручиком Скоржинским Камералное описание жителей города Нухи и Шекинской провинции. — Dövlət Tarix Arxivi, fond 24; Опис №1, № 162, 1824.
- Переход к указанной странице // Кавказский календарь на 1861 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1860. — С. 21 (Отд. V). Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1862 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1861. — С. 347. Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1864 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1863. — С. 319. Архивировано 13 Mar 2017 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1865 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1864. — С. 24 (on-line 340). Архивировано 7 Nov 2016 - 20 Oct 2020.
- Переход к указанной странице // Кавказский календарь на 1866 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1865. — С. 27 (on-line 414). Архивировано 4 Mar 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1867 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1866. — С. 29 (on-line 491). Архивировано 8 Oct 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1869 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1868. — С. 36 (on-line514). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1870 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1869. — С. 40 (on-line 536). Архивировано 7 Nov 2016 - 16 Nov 2020.
- Переход к указанной странице // Кавказский календарь на 1872 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1871. — С. 51 (on-line 523). Архивировано 7 Nov 2016 - 27 Jun 2020.
- Переход к указанной странице // Кавказский календарь на 1873 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1872. — С. 52 (on-line 523). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
- Фёдоров Г.П. Моя служба в Туркестанском крае (1870 – 1910 года). Часть двадцать первая (rus.). https://mytashkent.uz/ (2013). Müraciət tarixi: 6 may 2022. Arxivləşdirilib (13 Sep 2016 - 23 Oct 2020).
- Переход к указанной странице // Кавказский календарь на 1874 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1873. — С. 51 (on-line 323). Архивировано 7 Nov 2016 - 14 Jan 2021.
- Переход к указанной странице // Кавказский календарь на 1875 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1874. — С. 40 (on-line 365). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
- Переход к указанной странице // Кавказский календарь на 1875 год. — Тф.: Тип. Гл. управ. намес. кавказского, 1874. — С. 141 (on-line 466). Архивировано 7 Nov 2016 - 3 Dec 2019.
- Əlizadə Z. Prjevalskinin borclu olduğu şəkili – Zaman bəy Şıxəlibəyov (azərb.) // 525-ci qəzet : qəzet. — 2014. — В. 7 iyun. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 dekabr 2020.
- Куропаткин А.Н. Кашгария. Историко-географический очерк страны, ее военные силы, промышленность и торговля. — 1879 Arxivləşdirilib; arxivləşdirmə tarixi: 17 May 2017 - 6 Aug 2020.
- Пржевальский Н.М. От Кульджи за Тянь-Шань и на Лоб-Нор / под ред. и со вступительной статьей Э.М. Мурзаева. — Москва: ОГИЗ Государственное издательство географической литературы, 1947. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 14 yanvar 2022.
- Assanova B.S. Қазақ мерзімді баспасөзінің қалыптасуы мен дамуының мерзімді басылымдардың рөлі (kaz) // Хабаршы Вестник Bulletin («tарих және саяси-әлеуметтік ғылымдар» сериясы) / Абай атындағы Қазақ ұлттық педагогикалық университеті. — Алматы, 2018. — № 2 (57). — Səh. 10. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 dekabr 2020.
- «Түркістан уалаятының газетінде» публицистиканың қалыптасуы // Қазақ публицистикасының баспасөз бетінде қалыптасуы. — Səh.: 122 – 123. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 Apr 2020 - 20 Jun 2020.
- Наш Баку. "Визиты эмира бухарского Сеид Абдул-Ахат Бухадур-хана в Баку (1892, 1893г.г.)". https://www.ourbaku.com/ (русский). 21 Oct 2020 tarixində arxivləşdirilib.
- Абдирашидов Д. Аннотированная библиография туркестанских материалов в газете «Таржумāн» (1883 – 1917) // CERS : jurnal. — 2011. — № 5. — ISBN 978-4-904039-29-08. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 dekabr 2020.
- Россия и Палестина: научные и культурные связы. — Сант-Петербург, 2018. — ISBN 978-5-336-00236-2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 1 noyabr 2019.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 151. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 138. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 49. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 151. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 102. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 41. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 102. — 200 nüsx.
- Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı: 161. — Səh.: 142. — 200 nüsx.
- Хмельницкий С.И. Николай Михайлович Пржевальский (1839-1888). — Ленинград: Молодая гвардия, 1950. — 50.000 nüsx.
- Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı: 68. — Səh.: 31.
- Просмотр исходного текста страницы Киевское военное училище : [arx. 6 May 2019 - 12 May 2023] : [rus.] // Офицеры РИА. — Müraciət tarixi: 04.11.2025.
- 32-й пехотный Кременчугский полк : [arx. 20 Jun 2017 - 5 May 2019] : [rus.] // Офицеры РИА. — Müraciət tarixi: 04.11.2025.
- Высочайшие приказы о чинах военных…. — 1915 — Səh.: 20. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 iyul 2022.
- Великий географ и путешественник Николай Пржевальский : [arx. 6 May 2021 - 14 Oct 2024] : [rus.] // Оренбургская областная универсальная научная библиотека им. Н.К. Крупской. — Müraciət tarixi: 08.11.2025.
- Шихалибеков Ибрагим Заманбекович : [arx. 09.11.2025] : [rus.] // Памяти героев Великой войны 1914–1918 годов. — Müraciət tarixi: 09.11.2025.
- Шихалибеков Ибрагим Заманбекович : Умер. Картотека потерь : [arx. 09.11.2025] : [rus.] // Памяти героев Великой войны 1914–1918 годов. — Müraciət tarixi: 09.11.2025.
İstinad edilməmiş
- Osmanlı Devleti’nin Doğu Türkistan’a Yardımı ve Çin İşgali : [arx. 20 Feb 2021 - 14 Dec 2024] : [tur.] // IUHRDF. — Müraciət tarixi: 08.11.2025.
- Cengiz İ. Sultan Abdülhamid Han ve Doğu Türkistan : [arx. 10 Feb 2018 - 1 Sep 2019] : [tur.] // İyigunler.net. — Müraciət tarixi: 08.11.2025.
- Tarih Enstitüsü Dergisi (1987) : [arx. 8 Jun 2024 - 9 Jun 2024] : [tur.] // İslam Araştırmaları Merkezi. — Müraciət tarixi: 08.11.2025.
- Akalan A.O. Osmanlı devleti ile Kaşgar emiri Yakup beg arasındaki ilişkiler : [arx. 18.01.2022] : [tur.] // DergiPark. — Müraciət tarixi: 08.11.2025.
- Teymurqızı T. (16/04/20). "Vətən mənim içimdədir". https://azadaz.com/ (azərb.). Azadaz.com. 26 Dec 2020 tarixində arxivləşdirilib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə saytın akademik məqaləsidir. |