Zibeydə Yusifbəyova
Zibeydə Yusifbəyova — kənd təsərrüfatı elmləri namizədi və gömrük xidməti polkovniki. Müxtəlif illərdə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində mühasibat və uçot şöbəsinin rəisi və s. vəzifələrdə çalışmışdır. 2017-ci ildən təqaüddədir.
| Zibeydə Yusifbəyova | |
|---|---|
| Yusifbəyova Zibeydə Qurbanəli qızı | |
| Zibeydə Yusifbəyova. | |
| Təvəllüdü | 1 sentyabr 1956 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| İş yeri | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, mühasibat və uçot şöbəsi |
| Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri namizədi |
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (–1984) |
| Atası | Qurbanəli Vahid bəy oğlu Yusifbəyov |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1 sentyabr 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1963 – 1964-cü illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində,
1964 – 1968-ci illərdə Bakı şəhər 53 №-li orta məktəbində,
1968 – 1973-cü illərdə isə Bakı şəhər 126 №-li orta məktəbində təhsil alıb.
1984-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1973-cü ildə SSRİ Yazıçılar İttifaqı Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin Azərbaycan bölməsində mühasib, daha sonra inspektor,
1974 – 1978-ci illərdə “Gənclik” nəşriyyatında mühasib vəzifəsində çalışıb.
1978 – 1999-cu illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda/AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda işləyib; o cümlədən,
1978 – 1982-ci illərdə mühasib,
1982 – 1993-cü illərdə meşə torpaqlarının coğrafiyası şöbəsində laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi,
1993 – 1999-cu illərdə isə elmi işçi vəzifəsini tutub.
1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mühasibat və uçot şöbəsində çalışıb; o cümlədən,
1999 – 2006-cı illərdə baş inspektor,
2006 – 2017-cı illərdə isə şöbənin rəisi olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1994-cü ildə “Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə torpaqlarında dəmirin formaları və torpaqəmələgəlmə prosesində onların rolu (Azərbaycan Respublikası daxilində)” mövzusunda dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb.
Azərbaycan və xarici ölkələrin elmi nəşrlərində azərbaycan, rus və ingilis dillərində 25 məqalə və tezisi çap olunub.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (2008);
- III dərəcəli “Gömrük orqanlarında qüsursuz xidmətə” görə döş nişanı (2009);
- II dərəcəli “Gömrük orqanlarında qüsursuz xidmətə” görə döş nişanı (2014);
- “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı (2012).
Ailəsi Vizual/Mobil redaktə
Atası Qurbanəli Vahid bəy oğlu Yusifbəyov ata tərəfdən Şəki bəylərinin, ana tərəfdən isə İlisu sultanlarının nəslindəndir.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Yusifbəyova Zibeydə Qurbanəli qızı // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı: 204. — Səh.: 196 – 197. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |