Soltan Abdullayev

212.47.139.11 (müzakirə) tərəfindən edilmiş 20:24, 15 fevral 2021 tarixli redaktə

Soltan Abdullayev (1930 – 2002) — Azərbaycan sovet dövlət və partiya məmuru, kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis; Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi və bir sıra digər məsul partiya, dövlət, həmkarlar və təsərrüfat vəzifələrində işləmişdir.

Soltan Abdullayev
Abdullayev Soltan Məmməd oğlu
Soltan Abdullayev
Soltan Abdullayev, 1980-cı il.
Anadan olub 15 fevral 1930(1930-02-15)
Anadan olduğu yer Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 20 iyun 2002 (72 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan Respublikası
Həyat yoldaşı Binyət Abdullayeva
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili

Nuxa Kənd Təsərrüfatı Texnikumu (1946 – 1949)

S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (Kirovabad, 1950 – 1955)

Bakı Ali Partiya Məktəbi(az) (1963 – 1965)
Mükafatları "Əmək veteranı" medalı

Haqqında məlumatlar

15 fevral 1930-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

1946-cı ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1946 – 1949-cu illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda,

1950 – 1955-ci illərdə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (Kirovabad) təhsil alıb.

1963 – 1965-ci illərdə isə Bakı Ali Partiya Məktəbinin(az) dinləyicisi olub.

Əmək fəaliyyəti

1949-cu ildə Nuxa rayonunun Bideyiz kəndində – Nizami adına kolxozda, aqronom,

1955 – 1963-cü illərdə S.M.Kirov adına Qışlaq kolxozunda Kənd təsərrüfatı Nazirliyinin toxumçu aqronomu, baş aqronom, Daşüz camışçılıq sovxozunda baş aqronom, rayon aqrokimya laboratoriyasının müdiri, Nuxa və Vartaşen rayon Kolxoz-sovxoz Məhəlli İstehsalat İdarəsində baş aqronom və təşkilatçı müfəttiş, Nuxa Şəhər Partiya Komitəsində təlimatçı,

1965 – 1968-ci illərdə Nuxa/Şəki Şəhər Partiya Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri,

1968 – 1970-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsi sədrinin müavini,

1970 – 1973-cü illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin katibi,

1974 – 1976-cı illərdə Şəki Şəhər Həmkarlar İttifaqları Şurasının sədri,

1976 – 1985-ci illərdə Şəki rayon XDS İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri,

1985 – 1992-ci illərdə Şəki rayon Bitki Mühafizəsi Stansiyasının rəisi,

1992-ci ildən Şəki İpəkçilik İdarəsində aqronom vəzifəsində işləyib.

İctimai fəaliyyəti

  • 1958-ci ildə Moskva şəhərində SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olub.
  • Müxtəlif illərdə Nuxa/Şəki və Vartaşen rayonları Xalq Deputatları Sovetlərinin deputatı seçilib.
  • 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və vəfatına qədər keçirilən YAP Şəki təşkilatının bütün konfranslarının nümayəndəsi olub.

Mükafatları

  • ÜİLKGİ MK-nın, Azərbaycan LKGİ MK-nın, Azərbaycan Həmkarlar ittifaqları Mərkəzi Şurasının, Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan KP Şəki Şəhər Komitəsinin fəxri fərmanları;
  • “Sosializm yarışının qalibi” döş nişanı;
  • “Əmək veteranı” medalı.

Vəfatı

20 iyun 2002-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

Şablon:Yaxşı məqalə