Afaq Tahirova

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:09, 20 iyun 2021 tarixli redaktə

Afaq Tahirova — tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi.

Afaq Tahirova
Tahirova Afaq Ənvər qızı
Afaq Tahirova
Afaq Tahirova.
Təvəllüdü 2 may 1948 (1948-05-02) (78 yaş)
Anadan olduğu yer Nuxa, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
İş yeri AMEA A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycanın sovet dövrü tarixi şöbəsi (aparıcı elmi işçi)
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1974)

Haqqında məlumatlar

2 may 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1948-ci ildə orta məktəbi,

1969-cu ildə musiqi texnikumunu,

1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Elmi fəaliyyəti

2004-cü ildə “Şəki şəhərinin tarixi (1920-iyun 1941)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 20-dir.

Əmək fəaliyyəti

1978-ci ildən Azərbaycan SSR EA/AMEA A.Bakıxanov adına Tarix İnstitutunda işləyir;

2020-ci ildən institutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisidir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Tahirova Afaq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 385. — 1.000 nüsx.
  2. "Tarix İnstitutunun fəlsəfə doktorları / Tahirova Afaq Ənvər qızı". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2021. 20 Jun 2021 tarixində arxivləşdirilib.

Bildiriş