Murad Abdulla

Mammadov2 (müzakirə | redaktələr) (→‎Təhsili) tərəfindən edilmiş 14:16, 20 noyabr 2021 tarixli redaktə

Murad Abdulla — Şotlandiyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı şahmatçı, FİDE ustası, Şotlandiyanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının üzvü, kişilər arasında ikiqat Şotlandiya çempionu.

Murad Abdulla
Abdulla Murad Mahir oğlu
Murad Abdulla
Murad Abdulla.
Doğum tarixi 21 noyabr 2000 (2000-11-21) (25 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Şotlandiya
Yaşadığı yer Aberdin, Şotlandiya
Titulu FİDE ustası (2017)
FİDE reytinqi 2400-dən az (oktyabr 2026)
Təhsili Sent-Endryus Universiteti
International Chess Federation

Haqqında məlumatlar

21 noyabr 2000-ci il tarixdə Bakıda anadan olub, əslən Azərbaycanın Şəki şəhərindəndir.

2005-ci ildən vaideynləri ilə birlikdə Şotlandiyanın Aberdin şəhərində yaşayır.

Təhsili

2006 – 2018-ci illərdə Aberdində orta təhsil alıb.

2018-ci ildə Sent-Endryus Universitetinə daxil olub.

Şahmat fəaliyyəti

2017-ci və 2018-ci illərdə şahmat üzrə kişilər arasında Şotlandiya çempionatının qalibi olub.

2018-ci ildə Batumidə (Gürcüstan) keçirilmiş 43-cü Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində çıxış edib.

Ədəbiyyat

  1. Rəğbətoğlu M. “Nəhənglərin qatili” – Bu adla Şotlandiyada məşhurlaşan azərbaycanlı : [arx. 20.07.2021] // Teleqraf.com. — 2021. — 18 iyul. — Müraciət tarixi: 07.08.2021.

Bildiriş