Ehtibar Nuriyev

Mammadov2 (müzakirə | redaktələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}{{Şəxs |Adı = Ehtibar Nur...' ilə yarat) tərəfindən edilmiş 18:41, 8 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Ehtibar Nuriyev — tanınmış iş adamı, “Bio Garden” aqroeko turizm məkanının rəhbəri, Şəki şəhər bələdiyyəsi sədrinin sabiq birinci müavini.

Ehtibar Nuriyev
Nuriyev Ehtibar
Ehtibar Nuriyev
Ehtibar Nuriyev İctimai Televiziyaya müsahibə verərkən (2023).
Digər adı Etibar Nuriyev
Anadan olub 21 mart 1960(1960-03-21)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Təhsili Bakı Menecment Universiteti

Haqqında məlumatlar

21 mart 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Bakı Menecment Universitetini bitirib.

Əmək fəaliyyəti

1981 – 1992-ci illərdə Şəki Aqrar-Sənaye İstehsalat Birliyində mühasib,

1992 – 1993-cü illərdə “Bolluq” kooperativində baş mühasib,

1993 – 1999-cu illərdə “Azəri” korporasiyasında mühasibat şöbəsinin rəisi,

2000 – 2014-cü illərdə “Şərq şirniyyatı” Açıq Səhmdar Cəmiyyətində sədr müavini,

2015 – 2016-cı illərdə Şəki şəhər bələdiyyəsində sədrin birinci müavini vəzifəsində çalışıb.

2016-cı ildən “Bio Garden” aqroeko turizm məkanının rəhbəridir.