Zahid Mahmudov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 12:37, 7 avqust 2024 tarixli redaktə

Zahid Mahmudov (1903–≈1942) — Böyük Vətən müharibəsində həlak olmuş hərbçi-baytar-həkim. Məşhur yazıçı, dramaturq və ssenarist Sabit Rəhmanın (1910–1970) böyük qardaşı, tanınmış bəstəkar Emin Sabitoğlunun əmisi, məşhur pianoçu Tamilla Mahmudovanın (1931–2014) isə atasıdır.

Zahid Mahmudov
Mahmudov Zahid Kərim oğlu
Zahid Mahmudov
Zahid Mahmudov həyat yoldaşı və qızı Tamilla ilə birlikdə.
Anadan olub 17 fevral 1903(1903-02-17)
Anadan olduğu yer Nuxa (İndiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib ≈ 1942
Vəfat səbəbi Böyük Vətən müharibəsində həlak olub
Övladı Tamilla Mahmudova
Vətəndaşlıq SSRİ

Haqqında məlumatlar

17 fevral 1903-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Tarda peşəkarcasına çala bilirdi.

1928-ci ilin noyabr ayından sovet ordusunda baytar-həkim kimi xidmət etməyə başlamışdı. 3-cü dərəcəli hərbçi-baytar-həkim (rus.: военветврач) idi.

≈ 1942-ci ildə – Böyük Vətən müharibəsində həlak olub.

Ədəbiyyat

  1. Махмудов Заид Корим-оглы : [arx. 03.09.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 03.09.2022.
  2. Иманов В. Горячая азербайджанка, или Путь от рояля в горах Шеки к мировой славе…Тамилла Махмудова : [arx. 11.05.2021] : [rus.] // Trend. — 2021. — 21 апреля. — Müraciət tarixi: 03.09.2022.

Video

Bildiriş