Arif Azəri
Arif Azəri — tanınmış jurnalist, “Müasir Təhsil” qəzetinin təsisçi və baş redaktoru. Keçmiş radio-televiziya işçisi və musiqiçidir.
| Arif Azəri | |
|---|---|
| Arif Əsabəli oğlu Həşimov | |
| Arif Azəri | |
| Anadan olub | 25 avqust 1965 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki) |
| Həyat yoldaşı | Həşimova Könül Elman qızı |
| Övladları | Anar və Fərid |
| Atası | Həşimov Əsabəli İsrafil oğlu |
| Anası | Həşimova Ulduz Cabbar qızı |
| Vətəndaşlıq |
|
| Təhsili |
• (1980–1984)-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində, • Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyası, xalq çalğı alətləri fakültəsi, tar ixtisası (1984, 1986–1991) • (1991–1994) Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi (1991–1994) |
Haqqında məlumatlar
25 avqust 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1982-ci ildə M.Qorki adına Şəki şəhər 10 nömrəli orta məktəbinin 8-ci sinfini bitirib.
1980 – 1984-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində,
1984, 1986 – 1991-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində tar ixtisası üzrə təhsil alıb.
1991 – 1994-cı illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Hərbi xidmət
1984 – 1986-cı illərdə həqiqi hərbi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1991-ci ildən AZ.TV-nin xüsusi müxbiri olub. Daha sonra radionun musiqi verilişləri redaksiyasında redaktor, xəbərlər departamentində aparıcı redaktor, ədəbi-dram redaksiyasında redaktor vəzifələrində çalışıb.
2012-ci ildən “Müasir Təhsil” qəzetinin təsisçi və baş redaktorudur.
Musiqiçi fəaliyyəti
Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasında təhsil aldığı illərdə Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının solisti olub.
Digər
12 kitabın, 3 elmi məqalənin müəllifidir. Respublika radiosunun qızıl fondunda 36 radio oçerki saxlanılır.
Təltif və mükafatları
Azərbaycan SSR Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatı (1988).
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |