Arif Azəri

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 23:28, 25 avqust 2026 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Arif Azəri — peşəkar jurnalist, “Müasir təhsil” qəzetinin təsisçi və baş redaktoru. Keçmiş radio-televiziya işçisi və musiqiçidir.

Arif Azəri
Arif Əsabəli oğlu Həşimov
Arif Azəri
Arif Azəri.
Anadan olub 25 avqust 1965 (1965-08-25) (61 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki) Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Həşimova Könül Elman qızı
Övladları Anar və Fərid
Atası Həşimov Əsabəli İsrafil oğlu
Anası Həşimova Ulduz Cabbar qızı
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

 • (1980–1984)-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində,

 • Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyası, xalq çalğı alətləri fakültəsi, tar ixtisası (1984, 1986–1991)

 • (1991–1994) Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, jurnalistika fakültəsi (1991–1994)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

25 avqust 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1982-ci ildə M.Qorki adına Şəki şəhər 10 nömrəli orta məktəbinin 8-ci sinfini bitirib.

1980 – 1984-cü illərdə Şəki Orta İxtisas Musiqi Məktəbinin xalq çalğı alətləri şöbəsində,

1984, 1986 – 1991-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasının xalq çalğı alətləri fakültəsində tar ixtisası üzrə təhsil alıb.

1991 – 1994-cı illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Hərbi xidmət Vizual/Mobil redaktə

1984 – 1986-cı illərdə həqiqi hərbi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1991-ci ildən Az.Tv-nin xüsusi müxbiri olub. Daha sonra radionun musiqi verilişləri redaksiyasında redaktor, xəbərlər departamentində aparıcı redaktor, ədəbi-dram redaksiyasında redaktor vəzifələrində çalışıb.

2012-ci ildən “Müasir təhsil” qəzetinin təsisçi və baş redaktorudur.

Musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə

Üzeyir Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasında təhsil aldığı illərdə Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının solisti olub.

Digər Vizual/Mobil redaktə

12 kitabın, 3 elmi məqalənin müəllifidir. Respublika radiosunun qızıl fondunda 36 radio oçerki saxlanılmaqdadır.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Azərbaycan SSR Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatı (1988).

Bildiriş Vizual/Mobil redaktə