İbad Salmanov (1904–1989) — tanınmış tarzən və musiqiçi-pedaqoq.

İbad Salmanov
Salmanov İbad Yusif oğlu
İbad Salmanov
İbad Salmanov.
Şəxsi məlumatlar
Təvəllüdü 1904(1904-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfatı 10 aprel 1989 (85 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1904-cü ildə Nuxada (indiki Şəki) anadan olub.

Fəaliyyəti Vizual/Mobil redaktə

Uşaq aşlarından musiqiyə maraq göstərib. Əvvəl Samovar oğlu İdrisdən, sonra isə Əhmədbəy Tahirovdan tar çalmaq öyrənib və 20 yaşından toylarda və el şənliklərində tar çalmağa başlayıb.

1933 – 1937-ci illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının orkestrində,

1937 – 1967-ci illərdə Nuxa pionerlər evində işləyib.

Şəki şəhər mədəniyyət evində təşkil olunmuş konsert briqadalarının tərkibində Azərbaycanın bir sıra yerlərinə, həmçinin Gürcüstana və Dağıstana qastrol səfərlərinə gedib.

Vəfatı Vizual/Mobil redaktə

10 aprel 1989-cu il tarixdə – 85 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi Vizual/Mobil redaktə

Şairlər Yaqub Mahir və İsa Şuşalı İbad Salmanov haqqında şeir yazıblar.

Mirzə Fətəli Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor klubu İbad Salmanovun adını daşıyır.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Təhmirazqızı S. İbad Salmanov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 83-85. — 300 nüsx.

Bildiriş Vizual/Mobil redaktə