İkram İsrafil
İkram İsrafil — ictimai-siyasi fəal; 2006-cı ildə 41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
| İkram İsrafil | |
|---|---|
| İsrafilov İkram İsrail oğlu | |
| İkram İsrafil, 2012-ci il. | |
| Anadan olub | 16 yanvar 1964 |
| Anadan olduğu yer |
Bideyiz, Nuxa rayonu, |
| Vətəndaşlıq |
|
| İxtisası | mexanik |
| Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi |
| Partiya |
|
| facebook hesabı | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
16 yanvar 1964-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Bideyiz kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1984-cü ildən M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası,
1991 – 1993-cü illərdə əvvəl Sumqayıt aşqarlar zavodunun “Azadlıq” kiçik müəssisəsində sex rəisi, sonra isə “Xəzər” Səhmdar Cəmiyyətində şöbə rəisinin müavini,
1993-cü ildən sonra “Qalayçı” firmasının direktoru,
1996 – 2002-ci illərdə isə Sumqayıt şəhərində orta məktəb direktorunun müavini vəzifəsində çalışıb.
Milli Məclisdə Vizual/Mobil redaktə
2006 – 2011-ci illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən). Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan – Amerika Birləşmiş Ştatları, Azərbaycan – Böyük Britaniya, Azərbaycan – Braziliya, Azərbaycan – Norveç, Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
1980-cı illərdə M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində gənclər birliyinin sədri olub.
2020-ci ildə isə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd olmuş, lakin seçilməmişdir.
Müsavat Partiyasının üzvü olmaqla yanaşı, həm də bu partiyanın divanının və məclisinin üzvüdür.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Arzuqızı P., İbrahimova U. «Müraciətimdən sonra İcra Hakimiyyətinin işçisi vəzifədən çıxarıldı» : [arx. 16.01.2021] // Modern.az. — 2013. — 27 noyabr. — Müraciət tarixi: 15.01.2023.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |