İsa Alimov
İsa Alimov (1942–2018) — tanınmış teatr xadimi, Mingəçevir Dövlət Dram Teatrının qurucularından biri, aktyoru və quruluşçu rejissoru.
| İsa Alimov | |
|---|---|
| Alimov İsa Heydər oğlu | |
| İsa Alimov. | |
| Doğum tarixi | 1 iyul 1942 |
| Doğum yeri |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 30 mart 2018 (75 yaşında) |
| Vətəndaşlığı |
|
| Təhsili | Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi, qiyabi şöbə |
| Teatr | Mingəçevir Dövlət Dram Teatrı |
| Adının digər versiyaları | İsa Əlimov, Isa Alimov, Isa Elimov, Иса Алимов, Иса Әлимов, Иса Елимов |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1 iyul 1942-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Nuxada orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsində təhsil alıb.
Əmək və teatr fəaliyyəti Vizual/Mobil redaktə
Əvvəlcə bir müddət Nuxa/Şəki xalq teatrının,
1969-cu ildən isə Mingəçevir Dövlət Dram Teatrının aktyoru olub. Ömrünün sonuna kimi Mingəçevir teatrında çalışıb, aktyorluqdan teatrın rejissorluğuna qədər yol keçib,
1990-cı illərdə isə bir müddət teatrın direktoru vəzifəsində çalışıb.
Mingəçevir Dövlət Dram Teatrının səhnəsində 16 əsərin rejissoru olub.
Hərbçi fəaliyyəti Vizual/Mobil redaktə
Baş leytenant rütbəsi ilə Birinci Qarabağ müharibəsində iştirak edib.
Vəfatı Vizual/Mobil redaktə
30 mart 2018-ci il tarixdə – 75 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Bürcəliyev A. Nur şəhərinin sönməyən ulduzu : [arx. 06.08.2024] // Xalq qəzeti. — 2024. — 4 avqust. — Müraciət tarixi: 06.08.2024.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |