Şablon:18 fevral
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
SSRİ maarif əlaçısı, Azərbaycan Respublikasının əməkdar müəllimi Fikrət Əsgərov (1941–2023) 18 fevral 1941-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, uzun müddət – 34 il, Şəki şəhər 10 №-li tam orta məktəbində fizika-riyaziyyat fənnindən dərs deyib.
|
Tanınmış jurnalist-publisist və şair Abdulqəni Qədirov (1940–2001) 18 fevral 1940-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Orta Zəyzid kəndində anadan olub. O, uzun müddət “Azərbaycan gəncləri” qəzetinin məsul katibi, bir müddət isə “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.
|
|
|
Tanınmış pedaqoq, əmək-rəsmxət, texniki fənlər üzrə müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi Sevil İbrahimova 18 fevral 1957-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
|
Tanınmış rəssam və dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, sədrin müşaviri və dekorativ-tətbiqi sənət bölməsinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ənvər Qarayev (1947–2011) 18 fevral 1947-ci il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.
|
|
|
Tanınmış həkim-pedaqoq, Şəki Əlillərin Bərpa Mərkəzinin həkim-terapevti Aynur Məmmədova (1979–2019) 18 fevral 2019-cu il tarixdə – 39 yaşında, Şəkidə vəfat edib.
|
Tanınmış teatr xadimi və teatr rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Dram Teatrının baş rəssamı Elçin Məmmədov (1947–2001) 18 fevral 2001-ci il tarixdə – 53 yaşında, Bakıda vəfat edib.
|
|
|
Görkəmli din xadimi, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini (müfti) Hacı İsmayıl Əhmədov (1907–1986) 18 fevral 1986-cı il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.
|
Tanınmış ticarətçi və rəhbər kadr Kamal Məmmədov (1934–2004) 18 fevral 2004-cü il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif vaxtlarda Şəki Rayon Koperativ Ticarəti İdarəsi və Şəki Qarışıq Mallar Ticarəti (Şəkitorq) idarəsinin direktoru vəzifəsində çalışmışdır.
|
|
|
|
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 8 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)







