Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Osman Məmmədov
Osman Məmmədov

Tanınmış araşdırmaçı-jurnalist və ictimai-siyasi fəal Osman Məmmədov 23 aprel 1970-ci il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, 2020-ci ildə VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.



Ülvi Abışov
Ülvi Abışov

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Ülvi Abışov (1997–2020) 23 aprel 1997-ci il tarixdə Şəki rayonunun Turan qəsəbəsində anadan olub.



Mahmud Berköz
Mahmud Berköz

Tanınmış türk hərbçisi və Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Mahmud Berköz (1895–1989) 23 aprel 1989-cu il tarixdə – 94 yaşında, İstanbulda vəfat edib. O, müxtəlif illərdə Türkiyə müdafiə nazirinin müavini, Türkiyənin Üçüncü Ordu komandanı və s. məsul hərbi vəzifələrdə çalışmışdır. Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Nuri Berközün qardaşıdır.



Qurban Abbasov
Qurban Abbasov

Tanınmış pedaqoq Qurban Abbasov (1908–1973) 23 aprel 1973-cü il tarixdə – 65 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Şəki şəhərindəki təhsil müəssisələrində işləmiş, o cümlədən müxtəlif illərdə pedaqoji məktəbin tədris hissəsi müdiri, direktoru, 10 №-li məktəbin tədris hissəsi müdiri, 11 №-li məktəbin direktoru, 2 №-li internat-məktəbinin direktoru vəzfəsində çalışmışdır.




<<əvvəlki gün 23 aprel sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)