Şablon:23 fevral
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış iş adamı, Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) fəaliyyət göstərən “Ascalini” şirkətinin sahibi və baş müdiri, Şəki şəhər icra hakimiyyəti başçısının sabiq birinci müavini Araz Qasımov 23 fevral 1966-cı il tarixdə Bakıda anadan olub.
|
Azərbaycan SSR hərbi komissarı, Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan KP MK üzvlüyünə namizəd, general-mayor Məmmədşərif Həmidov (1917–1969) 23 fevral 1917-ci il tarixdə Nuxada anadan olub.
|
|
|
İpəkçilik və toxuculuq sənayesi üzrə tanınmış mütəxəssis və rəhbər kadr Tacəddin Əfəndiyev (1922–1981) 23 fevral 1922-ci il tarixdə Qazax qəzasının Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olub. O, V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışdır.
|
Tanımış həkim-cərrah Vəhyəddin Səlimov (1920–1992) 23 fevral 1920-ci il tarixdə Nuxada (indiki Şəki) fəhlə ailəsində anadan olub. O, uzun müddət Şəkidə xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışmış, 1967-ci ildən isə həm də ictimai əsaslarla Azərbaycan SSR Səhiyyə Nazirliyinin Şəki-Zaqatala zonası üzrə baş cərrahı olmuş, Gəncə, Zaqatala, Qax, Oğuz, Qəbələ, Balakən və digər rayon xəstəxanalarında həyata keçirilən ağır cərrahiyyə əməliyyatlarına məsləhətçi həkim kimi dəvət edilmişdir. Azərbaycanda cərrah kadrların yetişməsində xidmətləri var.
|
|
|
Osmanlı ordusunun general-leytenantı Məhəmməd Müxlis paşa (təxm. 1827–1896) 23 fevral 1896-cı il tarixdə vəfat edib. İstanbulda – Qaraca Əhməd qəbiristanlığında, oğlu Cəfər bəyin qəbrinin yanında dəfn olunub. O, daha əvvəl Rusiya İmperator Ordusu sıralarında kifayət qədər uğurlu hərbi karyeraya malik olmuş, kazak polku leyb-qvardiyasının polkovniki rütbəsinədək yüksəlmişdi. 1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma Nuxada olarkən Nuxanın milis rəisi idi. Osmanlı ordusunun general-polkovniki Seyfulla paşanın böyük qardaşıdır.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)


